03-08-2015 [19:58]
Nazirlər Kabineti "Azərenerji” ASC-yə vergi, faiz və maliyyə sanksiyalarına görə borcun ödənilməsi üzrə 5 illik möhlət verib.
Baş nazir Artur Rasizadə müvafiq sərəncamı 27 iyul 2015-ci il tarixində imzalayıb. Sərəncam imzalandığl gündən qüvvəyə minib. (Trend)
Vergilər Nazirliyinə 2015-ci ilin dövlət büdcəsinin icrası üçün nəzərdə tutulmuş məbləğlər istisna olmaqla, "Azərenerji” ASC-nin balansından "Azərişıq” ASC-nin balansına verilən regional paylayıcı elektrik şəbəkələrinin 2015-ci il 1 aprel tarixinə olan vergi, faiz və maliyyə sanksiyalarının ödənilməsinə qanunvericiliklə müəyyən edilmiş qayda və müddətlər gözlənilməklə 2020-ci il 31 dekabr tarixinədək möhlət verilməsi üçün qanunamüvafiq tədbirlər görmək tapşırılıb. Vergi möhləti 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş məbləğə şamil edilmir.
Energetika Nazirliyinə "Azərenerji” və "Azərişıq” ASC-lərlə birlikdə 3 ay müddətində "Azərenerji” ASC-nin balansından "Azərişıq” ASC-nin balansına verilən regional paylayıcı elektrik şəbəkələrinin 2015-ci il 1 aprel tarixinə olan debitor və kreditor borclarının məbləğlərinin müvafiq təsdiqedici sənədlər əsasında dəqiqləşdirilməsini və balansa alınmasını təmin etmək tapşırılıb.
Maliyyə Nazirliyi isə Vergilər Nazirliyi və "Azərenerji” ASC ilə birlikdə "Azərenerji” ASC-nin kreditor borclarının tənzimlənməsinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli sərəncamına əsasən, "Azərenerji” ASC-nin idarəçiliyində olan regional paylayıcı elektrik şəbəkələri "Azərişıq” ASC-nin balansına verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi