Bakıda bütün marşurutlar kondisionerli olacaq

img

03-08-2015 [15:26]


"Bakıda sərnişindaşımada istifadə olunan avtobusların hamısı kondisioner sistemi ilə təhciz olunmuş yeni avtobuslar olacaq. Nəzərdə tutulub ki, bir il ərzində bu proses başa çatsın".

Mia.az xəbər verir ki, bu sözləri Movqe.az-a açıqlamasında "Bakı Sərnişin Nəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimli deyib. V. İbrahimli bildirib ki, artıq şəhərdaxili sərnişindaşımada istifadə olunan avtobusların çoxunda kondisioner sistemi var: " 88, 65, 61, 116 saylı xətlərdə müasir, kondisioner sistemli avtobuslar fəaliyyət göstərir. Nəzərdə tutulub ki, paytaxtda sərnişindaşımada istifadə olunan bütün avtobuslar kondisionerli olsun. Bu proses davam etdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA