200 yeniyetmə yay istirahət düşərgəsinə yola salındı

img

03-08-2015 [12:57]


Səbailli yeniyetmələrin «Şahinlər» yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilib.

Mia.azxəbər verir ki, Quba şəhərində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 yeniyetmə yola salınıb. Sahil bağında təşkil olunan yolasalma mərasimində çıxış edən İcra Başçısı Asif Əsgərov düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaqdır. Sonda qeyd olunublar ki, səbailli yeniyetmələrin yay istirahəti və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir avqust ayının 17-də Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA