Sabah Bakıda 42 dərəcəyədək isti olacaq

img

02-08-2015 [16:08]


Avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 35-39 dərəcə, bəzi yerlərdə isə 42 dərəcə isti olacağı gözlənilir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə 29-30 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-27, gündüz 30-40, bəzi yerlərdə 43, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA