Heydər Əliyev Fondu Həştərxanda uşaqları sevindirib - FOTOLAR

img

01-08-2015 [12:40]


 31 iyul 2015-ci ildə "Meçta" ("Arzu") uşaq kafesində Heydər Əliyev Fondunun təşkilatçılığı, Həştərxan vilayəti Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyi və Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan bölməsinin dəstəyi ilə çoxuşaqlı ailələrin övladları - Heydər Əliyev adına 11 nömrəli məktəbin nəzdində olan "Drujba" yeni uşaq bağçasının şagirdləri üçün bayram şənliyi təşkil olunub.
   
Mia.az xəbər verir ki, tədbir zamanı uşaqlar üçün Həştərxanlı animatorların iştirakı ilə əyləncəli proqramlar təşkil edilib və həmçinin uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Qeyd edək ki, "Meçta" uşaq kafesi və "Drujba" uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən müxtəlif genişmiqyaslı layihələrindəndirlər. Bundan əlavə Fond Heydər Əliyev adına 11 nömrəli məktəbə, "Drujba" uşaq bağçasına, "Meçta" uşaq şəhərciyinə daim qayğı göstərir.


Təşkil olunan tədbir Yerli KİV-lərin marağına səbəb olub. Həştərxan vilayəti Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri D.A.Afanasyev tədbirdə iştirak edən jurnalistlərə Həştərxan vilayəti və Azərbaycan arasında ikitərəfli münasibətlərin cari və perspektiv vəziyyəti barədə məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA