Məhkəmə sədri vəfat etdi

img

01-08-2015 [11:51]


Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov 70 yaşında dünyasını dəyişib.  

 Qeyd edək ki, R.Məmmədov 1945-ci ildə anadan olub. 1975-ci ildə Kuban Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

 1969-1975-ci illərdə Jdanov (indiki Beyləqan) Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1974-1975-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsində iclas katibi, 1975-1982-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin Qəbul şöbəsində məsləhətçi, 1982-1984-cü illərdə Ali Məhkəmənin Nəzarət şöbəsində baş məsləhətçi, 1984-1990-cı illərdə Ali Məhkəmənin Ümumiləşdirmə şöbəsinin rəisi, 1990-2000-ci illərdə Bakı Şəhər Məhkəməsinin üzvü, 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi olub.  
2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü idi.   2007-ci ildən dünyasını dəyişənədək Gəncə Apellyasiya Məhkəməsinin sədri olub.  

 Qeyd edək ki, R.Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkirdi(Report).

Allah rəhmət eləsin! 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA