31-07-2015 [16:23]
Cəlilabad rayonu Xəlilabad kənd sakini Məmmədov Mahir Böyükağa oğlu ölkə rəhbərliyinə, həmçinin aidiyyatı dövlət orqanlarına müraciət edib. O, müraciətində Cəlilabad rayon Hərbi Komissarlığında (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsində) baş verən qanunsuzluqlardan, hərbi komissar Həsrət İsmayılovun əməllərindən şikayətlənib.
"Komissar xəstəlik kağızlarını həyat yoldaşımın sifətinə çırpmış…”
Oğlunun gecə görmə qabiliyyəti olmadığını bildirən şikayətçi, bununla bağlı xəstəlik sənədlərini Hərbi Komissarlığa təqdim edərkən, təhqir olunduqlarını bildirir:
"Mənim oğlum Məmmədov Yusifin anadangəlmə gecə görmə qabiliyyəti yoxdur. Ekspertlər də bildiriblər ki, bu elə bir xəstəlikdir ki, heç vaxt müalicəsi mümkün deyil. O xəstəliyin dəqiq elmi adını bilməsəm də (müxtəlif xəstəxanaların verdiyi müvafiq kağızlarda göstərilib), el arasında buna "toyuq xəstəliyi” deyilir. Oğlum gündüzlər görsə də, gecə qətiyyən görmür. Biz onu anadan olandan, ta indiyə kimi gecələr çölə, ayaqyoluna əlindən tutub yanımızda aparıb gətiririk. Həkim kağızlarında da göstərilir ki, oğlumun görmə qabiliyyəti 23-30 faizdir.
Bu il oğlumun əsgərlik yaşı tamam oldu. Mən evdə olmadığımdan həyat yoldaşım və yeznəm uşağı da götürüb Cəlilabad rayon Hərbi Komissarlığına gəlmişlər. Onlar Cəlilabada yeni təyin olunmuş hərbi komissar Həsrət İsmayılovun yanında olmuş, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin verdiyi arayışı və tibbi müayinə kağızlarını komissara təqdim etmişlər. Komissar Həsrət İsmayılov kağızları vərəqləmiş, lakin bundan sonra qeyri-etik, məmura yaraşmayan hərəkətlərə yol vermişdir.
Belə ki, o kağızları həyat yoldaşımın sifətinə çırpmış, qışqırmışdır ki, götürün rədd olun çıxın burdan, mənə bu kağızlar lazım deyil, uşağınız əsgər getməlidir! Yeznəm ona demişdir ki, bu çox ədəbsiz hərəkətdir, əvvəla sən dövlət məmurusan, kağızı qadının sifətinə çırpmazlar”.
"1000 manat gətirin, uşağınıza Bakıya göndəriş verim”
Mahir Məmmədovun iddasına görə, komissar onlardan rüşvət tələb edib: "Bundan sonra komissar Həsrət İsmayılov bildirmişdir ki, mən nə Zərifə Əliyeva mərkəzinin kağızlarını, nə də sizi hərləmirəm, gedin 1000 manat gətirin, uşağınıza Bakıya göndəriş verim, bilet düzəldin, yoxsa mümkün deyil! Sanki biz bəy-xan dövranında yaşayırıq, Həsrət İsmayılov isə kəndxudadır, hər şey o dediyi kimi olacaq.
Həsrət İsmayılov bu rayona göndəriləndən Cəlilabad Hərbi Komissarlığında rüşvət baş alıb gedir. Çağırışçının Bakıya xəstəxanaya göndərilməsi üçün Həsrət İsmayılov valideynlərdən 1000 manat pul tələb edir.
Belə bardaq və korrupsiya görünməmişdi. Qiymətlər qalxıb, rayonda hərbi biletin qiyməti 3000-4000 civarındadır. Qadın bilmir, uşaq bilmir, hamını təhqir edir, min bir oyundan çıxır ki, pul qazansın.
Mən Həsrət İsmayılovun yanında oldum, dedim ki, o boyda Zərifə Əliyeva adına xəstəxana mənə kağız verib ki, uşağın gözü görmür, bəs sən ona nə deyirsən? Deyir ki, o boş şeydir, Zərifə Əliyeva adına mərkəzin verdiyi kağızlar hamısı saxtadır! Mən təəccüb içində qaldım”.
"Acığa düşərək oğluma "povestka” verib əsgərliyə göndərtdirdi”
Şikayətçinin müraciətində bildirilir ki, tələb olunan rüşvəti vermədiyi üçün hərbi komissar xəstə oğlunu hərbi xidmətə göndərmək istəyib: "Həsrət İsmayılov mənim inadkarlığımı görüb acığa düşərək oğluma "povestka” verib əsgərliyə göndərtdirdi, oğlumu apardılar, hətta Naxçıvana hərbi hissəyə düşdü. Lakin bir neçə gün keçmədi ki, orda uşağımın həqiqi xəstə olduğunu görüb geri qaytardılar, hətta onu göndərən hərbi komissarı lənətlədilər.
Bunlar puldan sarı min oyundan çıxırlar. Xəstə olanı aparırlar, sağlam olandan isə pul alıb xəstə edirlər. Oğlum gecələr qətiyyən görmür, sabah əsgərlikdə "padyom” verib ayağa qaldırsaydılar, uşaq əl-ayaq altında qalıb şikəst olacaqdı. Bunu oğlumun düşdüyü hərbi hissədəki komandirlər və həkimlər də təsdiq etdilər.
Komissar Həsrət İsmayılov Zərifə Əliyeva adına xəstəxananın kağızlarını vecinə almayaraq, oğlumu əsgərliyə göndərmişdi. Mən dəqiq bilirdim ki, oğlum əsgərlik xidmətinin yarısından "komsovat” olunub geri göndəriləcək. Pislik komissar Həsrət İsmayılova qaldı.Puldan ötrü özlərini biabır edirlər, min oyundan çıxırlar və Azərbaycan məmuru adına ləkə gətirirlər”.
"Həsrət İsmayılovun rüşvət kampaniyasına son qoyulsun”
Sonda Mahir Məmmədov müvafiq dövlət qurumlarından hərbi komissar haqda tədbir görməyi xahiş edir:
"Belələrinin dövlət vəzifəsində işləməsi düzgün deyil. Xəstə uşağımın nahaq yerə, heç nədən hərbi xidmətə göndərilməsi ailəmizə saysız-hesabsız fiziki və mənəvi iztirablar hesabına başa gəldi. Cəmiyyətimizdə artan psixi xəstəliklər məhz bu cür məmurların ucbatından baş alıb gedir. Həsrət İsmayılov rüşvət vermədiyimi görüb uşağım obyektiv müayinədən keçməsinə imkan vermirdi.
Mənim uşağım əsgərlikdə tələf olacaqdı, bunun məsuliyyətini isə Cəlilabad Hərbi Komissarı Həsrət İsmayılov daşıyacaqdı. Məgər o, bunu fikirləşmir?
Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin verdiyi kağızda da göstərilir ki, Məmmədov Yusif gecələr görmə qabiliyyətinə malik deyil. Amma Cəlilabad rayon Hərbi Komissarı Həsrət İsmayılov pul maraqlarına görə, tamahkarlığa görə bu kağızı saya salmadı, hələ bir deyir ki, Zərifə Əliyeva xəstəxanasının verdiyi kağızlar saxtadır. Xahiş edirəm ki, əlaqədar dövlət orqanları bu işlə dərindən maraqlansınlar və jurnalistlərimiz bu məsələni işıqlandırsınlar ki, Həsrət İsmayılovun rüşvət kampaniyasına son qoyulsun və bizim kimi insanların haqqı tapdalanmasın”.
P. S. Müraciətdə qeyd edilənlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Xidmətin Cəlilabad Rayon Şöbəsinin rəisi Həsrət İsmayılovun da mövqeyini işıqlandırmağa hazırıq.
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi