Hacı İbrahimin ömürlük cəza çəkən keçmiş şəriki yenidən məhkəmədə! - ABB qalmaqalı

img

31-07-2015 [14:34]



2011-ci ildə "Azər-Ross” MTK-nın rəhbəri "Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə təqsirləndirilən şəxslərlə qarşı bu dəfə kredit borcu ilə bağlı yeni məhkəmə başlayıb.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, 2011-ci ilin iyul ayında öz şəriki və kirvəsi Əflatun Piriyevin qətlə yetirilməsi sifarişini verən Hümbət Məmmədov və onun yaxın ətrafı – Bakirov Tofiq Əhmədoviç, Hacıyev Fəriman Nəriman oğlu, Qurbanov Vüsal Akif oğlu, Şamilov Sahil Nofəl oğlu, Şamilov Şamil Nofəl oğlu bu  dəfə "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən  məhkəməəyə cəlb olunublar. Adıçəkilən iş adamı Hümbət Məmmətov yüksəkmərtəbəli bina tikintisi zamanı ABB-dən iri məbləğdə kredit alsa da, həbsinə görə həmin borc ödənilməyib. 

Məsələnin ən maraqlı tərəfi isə odur ki, aradan 4 ildən çox vaxt ötsə də, ABB indi adıçəkilənlərə qarşı iddia qaldırıb. Azərbaycan Beynəlxalq Bankının həbsdə olan şəxslərə qarşı məhkəmə şikayətinin son hadisələrlə bağlı olduğunu istisna etməyən mənbə deyir ki, iyulun 28 –də Bakı Apellyasiya Məhkəməsinin hakim Faiq Qasımov qərarını verib: 

"Hakim bankın adıçəkilənlərə qarşı vaxtı ötmüş şikayətin mümkünlüyündən bəhs edən tələbini təmin edib. Bu isə o deməkdir ki, ömürlük cəza alan Hümbət Məmmədov həm də pul hesabatı da verəcək”.

Onu da qeyd edək ki, H.Məmmədov və Əflatun Piriyev həm də məşhur Hacı İbrahim Nehərmlinin şərikləri olublar. Qətldən sonra isə H.Məmmədovla onun yolları ayrılıb. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA