Laçınlı məmurlardan rüsvayçı şikayət - - "Müəlliməni ərinin üzünə necə qoyublar?"

img

31-07-2015 [13:03]


"Beş nəfərlik ailəmizin yerli Xudayar bəylərin pəncəsində məhv olmağına imkan verməyin”.

Mia.az xəbər verir ki, bu sözləri musavat.coma-a göndərdiyi müraciətdə Laçın rayon Ağbulaq kənd sakini, Ağcabədi rayonu Ağ göl ərazisindəki yerləşən Laçın rayon Ağgöl ümumi orta məktəbinin keçmiş müəllimi Vüqar Ağayarov yazıb. 

Onun sözlərinə görə, özü də, həyat yoldaşı Sənəm Həsənova da 2004-cü ildən işlədikəri işdən qeyri-qanuni uzaqlaşdırılıblar: 

"Ağ göl ümumi orta məktəbində riyaziyyat müəllimi işləyirdim.Həyat yoldaşım eyni məktəbdə texniki işçi idi. Malik Vəliyev Laçın rayon təhsil şöbəsinə müdir vəzifəsinə təyin olunandan sonra məktəbimizin direktoru Hidayət İbrahimov onungöstərişi ilə yüksək dövlət qurumlarına qeyri-qanuni pul keçirdiyini və bunun üçün hər ay ona xüsusi miqradrda pul verəcəyimizi elan elədi. Bu haqda əlimdə tutarlı maddi-sübutlar vardı və hələ də var. İş prosesinin mübahisəli gedişindəhəmin sübutları ictimailəşdirmək məcburiyyətində qaldım və Təhsil Nazirliyi tərəfindən Hidayət İbrahimov tutduğu vəzifədən azad edildi.”

Laçının təhsil şöbəsindən şikayət var

V.Ağayarovun yazdığına görə direktor işindən azad edilsə də, onları rahat buraxmayıb:

"Bundan sonra təhsil şöbəsinin müdiri M.Vəliyev də, H.İbrahimov da mənə qarşı açıq düşmənçiliyə başladılar. 2014-cü ilin fevralında həyat yoldaşım Sənəm Ağayarova, 2014-ci ilin oktyabrından isə mən özüm işimdən qeyri-qanuni azad edildik. Üstəlik, Hidayət İbrahimov yerli məmurlarla müəmmalı əlaqəyə girərək, məni şərlədi, onu döydüyüm haqda saxta sənədlər və qohum-əqrabadan ibarət yalançı şahidlər düzəldərək mənə bir il icbari iş kəsilməsinə nail oldu. Mən qanuni hüquqlarımdan istifadə edərək daha yüksək məhkəmələrə müraciət etdim”.

Keçmiş müəllim məhkəmə prosesini udsa da, heç bir nəticə əldə edə bilmir:

"Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 may 2015-ci il tarixli 1(102)-646/2015 nömrəli qərarı ilə haqqımda çıxarılanhökmləğv olunaraq Apelyasiya Məhkəməsinəqaytarılsa daheç bir əməli iş görülmür. Eyni zamanda həyat yoldaşım S.Ağayarovanın qalan əmək haqqısının ödənilməsi şərti ilə işinə bərpa edilməsi ilə bağlı Laçın rayon Məhkəməsinin 24 sentyabr 2014-cü il tarixli 2(047)-521/2014 nömrəli qətnaməsi icra olunmur. "

V.Ağayarov daha sonra yazır: 

"Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyevin daydaylıq etdiyi Hidayət İbrahimov və onun yaxın qohumları iş yerimizi, şəxsi əmlakımızı, məktəb yaxınlığında minbir əziyyətlə tikdiyimiz daxma və tövləni əlimizdən alaraq, hətta həyat yoldaşıma və 10 yaşlı oğluma fiziki zədələr yetirərək (bu barədə müvafiq sənədlər vardır) bizə ikinci dəfə məcburi köçkün həyatı yaşadıblar. Onlar Ağcabədi rayon polis şöbəsinin korrupsioner məmurları ilə gilzi əlaqədə olduğu üçün çoxsaylı şikayət və müraciətlərimiz də nəticəsizdir. Hüquqlarımızın müdafiəsi ilə bağlı heç bir iş görə bilmirik. Məhkəmə qərarlarının icra olnumadığı yerdə başqa hüquqlarımızın hansı səviyyədə pozulduğunu təsəvvür etmək elə də çətin deyil. 

Barəmizdə aparılan istintaqın materiallarında və Malik Vəliyevin addımlarında elə absurd qanunsuzluqlar var ki, baxanları gülmək tutur. Təkcə bir faktı qeyd edim ki, haqqımda aparılan saxta cinayət işində həyat yoldaşımı mənim əleyhimə şahid kimi göstəriblər. Bu fakt Ali Məhkəmədə açılanda ordakılar da təəccüblərini gizlədə bilməyib gülüşdülər. Belə səriştəsiz, bisavad məmurların əlində məhv olmağı adam heç cür şəxsiyyətinə sığışdıra bilmir. 

Hörmətli redaksiya!

Vəziyyətimiz olduqca ağırdır. Beş nəfərlik ailəmiz bu gün faktiki olaraq küçələrdə, qohum-əqrəba qapsında ac-susuzdur. Siz deyin, mən neyləməliyəm? Bəlkə səfirliklərə müraciət edib başqa ölkələrdən sığınacaq istəyim? Ancaq, məşhur atalar sözündə deyildiyi kimi, ümid sonda ölür. Yenə də ölkəmizdə, o cümldən mən çalışdığım təhsil sistemində insaflı, ədalətli, qanunlarahörmətlə yanaşan insanların var olduğuna əminəm. Ona görə məsələni ictimailəşdirməklə aidiyyatı insanlardan kömək gözləyirəm. Beş nəfərlik ailəmizin yerli Xudayar bəylərin pəncəsində məhv olmağına imkan verməyin”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA