Tibb Universitetində oxumaq istəyənlərin diqqətinə - TQDK açıqlama yaydı

img

30-07-2015 [23:03]


Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə (hərbi həkim işi ixtisası üzrə) müsabiqə zamanı boş qalmış plan yerlərinə əlavə qəbul həyata keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Mia.az-a verilən məlumata görə, əlavə müsabiqə 20 plan yeri üzrə aparılır. Bu müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Hərbi həkim komissiyasından keçmək üçün iyulun 30-dan avqustun 8-dək (bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək müraciət etməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA