AZFEN-də nə baş verir? - Fəhlələr şok faktlar açıqladı

img

30-07-2015 [15:37]


Şirkətdə çalışan işbazlar yeni iş yerlərinin satışını özlərinin biznesinə çevirib və buna görə də fəhlələr hər gün işdən çıxarılma əmrini ala biləcəkləri ehtimalı ilə çalışmağa məcburdurlar.

AZFEN-də çalışan fəhlələr qorxu içindədirlər. Onlar hər gün işdən çıxarılma xəbərinin səksəkəsi ilə yaşayır və bu səksəkə ilə çalışırlar. 

Bu barədə AZFEN-də çalışan fəhlələrin PİA.AZ-a ünvanladıqları müraciətdə bildirilir. PİA.AZ-a ünvanlanan müraciətdə göstərilir ki, şirkətdə çalışan işbazlar  yeni iş yerlərinin satışını özlərinin biznesinə çevirib və buna görə də fəhlələr hər gün işdən çıxarılma əmrini ala biləcəkləri ehtimalı ilə çalışmağa məcburdurlar:

"Şirkətdə çalışan fəhlələrin hər an işdən çıxma qorxusunun səbəbi də odur ki, vaxtaşırı fəhlələrin ixtisara salınması, yerinə yeni işçilərin götürülməsindən ortada olan işbazlar pul qazanır. AZFEN prezidentinin bundan xəbəri olub-olmamasını demək çətindir. Ona görə işçilərin öz hesabına işdən azad olunması, yeni "nabor” yığılması işə düzəldənlərə sərf edir, onlar 3-4 min manat rüşvət ala bilir”.

PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, yerli bazlıq, tərəfkeşlik AZFEN şirkətində dəb düşüb və AZFEN tamamilə Tovuz rayonundan olan şəxslərin monopoliyasına çevrilib. Çünki şirkətin rəhbəri Həmid Həsənov əslən Tovuz rayonundandır:

"Yerli bazlıq, tərəfkeşlik AZFEN şirkətində dəb düşüb. Orada çalışan ofis işçiləri, rəhbər şəxslər, hətta fəhlələr Tovuz rayonunundandır. İşə götürülən tovuzlu deyilsə, Qazax, Ağstafa, Gürcüstan vətəndaşı olur. AZFEN prezidenti Həmid Həsənovun özü tovuzludur. Bütün ətrafı Tovuzlu, Qazaxlı, Ağstafalı, Gürcüstandan olan insanlardır. Onlar şirkətdə ən yüksək 2-3 min manat məvacib alır, şirkəti idarə edir, metalın satılmasına, söküntü işlərindən əldə olunan qazanca, yanacaq silinməsinə digər haqq-hesablardan pul qazanılması işlərinə baxır”.

Şikayətçi fəhlələr onu da qeyd edirlər ki, şirkətdə çalışan rəhbər işçilərin hamısı ətrafına qohum-əqrabasını yığır:

"Hər kəs ətrafına da öz qohum, qardaşlarını yığıblar. Yaxşı, əziyyətsiz işlərdə Həmid Həsənovun qohumları, tələbə yoldaşları, dost-tanışları, digərlərinin qohum-qardaşı çalışır. Fəhlələr 400-500 manat məvacib almaqla çətin şəraitdə yaşayırlar. Araşdırmma aparılsa, oğurlanan pullara, yazılan məvaciblərə, silinən yanacağa fikir verilsə, AZFEN şirkətində çalışan işçilərin haqlı olduqları müəyyənləşər. Onda təsdiqlənməyən heç nə qalmaz. Bu zaman fəhlələrin orada nə çətinlik çəkdikləri bilinər”. 

Qeyd edək ki, AZFEN şirkəti1996-cı ilin yanvarında neft və digər sənaye sahələrində hər növ inşaat, emal, nəqliyyat, mühəndislik və layihə idarəçiliyi, həmçinin müxtəlif növ inşaat materiallarının ticarəti ilə əlaqədar işləri həyata keçirmək üçün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, ARDNŞ-lə Türkiyə Respublikasının TEKFEN şirkəti tərəfindən təsis edilib. O zaman müəssisə 54 milyon dollar həcmində 24 layihəni işləyib sona çatdırılıb. Hətta, AZFEN və TEKFEN Qərb ixrac Neft Kəmərləri layihəsində iştirak edərək, Azərbaycan ərazisində boru kəmərləri tikintisini, Gürcüstanda isə nasos və təzyiq azaltma stansiyalarının, eləcə də elektrik, mexaniki və ölçü cihazları layihəsinin tikintisini yüksək səviyyədə başa çatdırıblar. Həmin zamanlar AZFEN-ə İsmayıl Məmmədov kimi peşəkar mütəxəssis rəhbərlik edib. Lakin belə görününr ki, Həmid Həsənovun AZFEN-ə gətirilməsindən sonra şirkətdə fərqli situasiya yaranıb.

Qeyd edək ki, irəli sürülən iddia ilə bağlı AZFEN şirkətinin mövqeyini öyrənməyə cəhd etsək də, cəhdimiz ucursuz oldu. Telefonlarımıza qarşı tərəfdən cavab verən olmadı. Bütün hallarda AZFEN şirkətinin rəhbərliynin mövqeyini işıqlandırmağa hazırıq.

Mövzu diqqətimizdə olacaq...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA