General deputatın qardaşını vəzifədən çıxardı - Gömrükdə müəmmalı durum

img

29-07-2015 [22:38]


Milli Məclisin üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun qardaşı Nizami İbrahimov bu gün gözlənilmədən Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib. 

Mia.az xəbər verir ki, məlumatı azərtaym.az yayıb. Nizami İbrahimov günün birinci yarısında iş yerinə gəlib və idarənin kollektivini yığaraq onlarla vidalaşıb. Məlumatdan belə qənaət formalaşır ki, Nizami İbrahimov vəzifədən azad edilməklə yanaşı, həm onun gömrük orqanlarındakı fəaliyyətinə də xitam verilib.

AzPolitika.info isə xatırladır ki, Eldar İbrahimov cəmi 2 gün əvvəl – iyulun 27-də genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı danışarkən, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin bu məsələdəki fəaliyyətsizliyinə diqqəti çəkmiş, bu dövlət qurumlarını sərt tənqid etmişdi. 

Sitat: "Geni dəyişdirilən məhsulların ölkəyə buraxılması, onların insanlar satılması dəhşətli cinayətdir. Gərək aidiyyəti qurumlar, şəxslər məhsuliyyətli olsunlar”.

Bundan dərhal sonra Dövlət Gömrük Komitəsi açıqlama yayaraq deputatı təkzib etmişdi.

***

Millət vəkili Eldar İbrahimov bununla bağlı "Qafqazinfo"ya açıqlama verib. Onun sözlərinə görə, qardaşı həqiqətən də işdən çıxarılıb. Deputat qeyd edib ki, bu xəbər qardaşının "vurulması” kimi qiymətləndirilməməlidir. 

Çünki Nizami İbrahimovun artıq 63 yaşı var və o, məhz yaş həddi ilə əlaqədar olaraq işindən uzaqlaşdırılıb.

Eldar İbrahimov qardaşının uzun illər bu sistemdə qüsursuz işlədiyini də vurğulayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA