Generalın qardaşı oğlu rəis gətirilir - Təyinat

img

29-07-2015 [15:34]


Bakının Nizami RPİ Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə təyinatla bağlı məlumat yayılıb. 

Axar.az-a verilən qeyri-rəsmi məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun qardaşı oğlu Malik Ələkbərov bu posta təsdiqlənəcək.

 Qeyd edək ki, Nizami RPİ DYP şöbəsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Fail Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) avtomobillərin axtarış şöbəsinə təyinat alıb. 

 Nizami Rayon Polis İdarəsinin kadrlar şöbəsindən Axar.az-a bildirilib ki, Fail Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) avtomobillərin axtarış şöbəsinə təyinat aldıqdan sonra onun yeri vokantdır: "Hazırda daxili əmrlə Malik Ələkbərov NRPİ-nin DYP şöbəsinin rəisi vəzifəsini əvəz edir”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA