Dərin Özillər zavodunda gizli anbar, 2 milyonluq mal və ... - Şikayət

img

28-07-2015 [09:22]



Heydər Əliyev adına Dərin Özillər zavodunda ilginc hadisələr baş verib.

Bu barədə Mia.az-a Arif Cavadov məlumat verib.

O, baş prokuror Zakir Qaralova müraciət edərək, yazır ki, 18 ay ərzində ünvanladığı məktubları cavabsız qalıb:

"Cənab Baş Prokuror!

Ulu öndərin adını daşıyan dövlət müəssəsində rəhbərliyin nəzərinə vəzifəli bir işçinin zavodun ərazisində gizli anbarlar yaradaraq, bu anbarlarda oğurluq mal və materiallarn saxlanması xəbəri verilsə də, bunun tam əksinə tədbir görülüb. Halbuki, bu anbarlarda gizlədilən materiallar dəfələrlə sifariş edilib, alınıb, istifadə olunmaqla, kimlərsə pul qazanıb. Bu barədə niyə tədbir görülməməlidir? Bu korrpsiya və sobataj deyilmi? 

Axı, yalandan 50 tonluq körpüli kranın üç gün saxlanılması və "detal yoxdur" deyib, üç gün ərzində sifariş yazıb, pul ayırıb, sonra gizli anbardan detalların istifadə edilməsi və pulun mənimsənilməsi faktları niyə araşdırılmır? Bunlarla bağlı hansı tədbir görüldü? 

Diqqətinizə çatdırım ki, rəhbərlik vəzifəli işçinin gizlətdiyi 2.000.000 manatlıq mal və materialları üç ay ərzində siyahıya alınıb, müsadirəsini həyata keçirməklə kifayətlənib. Həmin vəzifəli şəxsə isə "gözün üstə qaşın var" deyilmədi. Sadəcə olaraq, bu işin üstün açan işçini işdən qovurlar. Bu korrupsionerə himayədarlıq deyilsə, bəs nədir?".

Şikayətçi yazır ki, zavodun rəhbərinə yazılan məktubla əlaqədar 24.01.2014-də Azər adlı menecerlə görüşdə "Bu haqsızlıqla əlaqədar Prezidentə yazacam" deyib. Ancaq aldığı cavab belə olub: "Gücün çatmayacaq. Get, kimə yazırsan, yaz...".

Şikayətlə bağlı qarşı tərəfin mövqeyini də yaymağa hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA