Azərbaycanda bank müdiri pul oğurlayıb ölkədən qaçdı - 450 min manat

img

28-07-2015 [22:58]


Azərbaycanda bank müdiri külli miqdarda vəsaiti oğurlayaraq ölkədən qaçıb.

Həmin şəxs "TuranBank”ın Cəlilabad filialının rəhbəri Fərid Məmmədovdur. Belə ki, filial rəhbəri bir neçə ay əvvəl 450 min manata qədər vəsaiti başqalarının adına kreditləşdirib. Daha sonra isə pulları mənimsəyərək ölkədən çıxıb.

Əslən Biləsuvar rayonundan olan Fərid Məmmədov sözügedən vəsaiti elə öz yerlilərinin adına sənədləşdirib.

Yayılan bəzi məlumatlara görə isə o, mənimsədiyi pulu Azərbaycanda qoşulduğu qumar oyunlarında uduzub və məhz bundan sonra ölkədən qaçıb.

Hazırda hadisə ilə bağlı araşdırma gedir, Fərid Məmmədov axtarılır.(Qafqazinfo)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA