Sumqayıt şəhər “Yaşıldərə” sakinləri susuzluqdan əziyyət çəkir - ŞİKAYƏT

img

28-07-2015 [17:31]


Sumqayıt şəhər "Yaşıldərə” adlanan qəsəbədə yerləşən Qubadlı-Xıdırlı məktəbinin ətrafında yaşan sakinlər içməli suyun verilməməsindən şikayətçidirlər.

SakinlərLiderXeber.az-ın redaksiyasına bunları bildirdi:

"Düz 1 aydır ki, bizə içməli suyun ödənişi üçün smart kart təqdim olunub.

Biz həmin smart kartlara suyun ödənişini yükləmişik, lakin sular gəlmir. Halbuki smart kartlar verilməmişdən əvvəl suyun verilişində heç bir məhdudiyyət yox idi. Sumqayıt şəhər Su İdarəsi ilə əlaqə saxlasaq da cavab verən olmadı”.

Qeyd edək ki, şikayətçi-sakinlər arasında birlik.az saytının baş redaktoru Vüsal Hətəmov da var.

Məsələni diqqətdə saxlayacağıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA