Artur Rəsizadə daşınmaz əmlakla bağlı qərar verdi - DƏYİŞİKLİK

img

28-07-2015 [15:03]


Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib. "Report” xəbər verir ki, həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavəyə - "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daha bir tarixi abidə əlavə edilib.
Beləliklə, Tərtər çayı üzərində yerləşən VII-IX əsrlərə aid körpü (Bərdə rayonu ərazisindədir) ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında daxil edilib.
Qeyd edək ki, qərarı baş nazir Artur Ras-zadə imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA