AZTV sədri işdən çıxartdı; Jurnalist prezidentə müraciət etdi

img

28-07-2015 [13:14]


AzTV-nin Xəbərlər proqramının əməkdaşı Ağanisə Sultanova işdən azad edilib.

Bu barədə jurnalistin özü məlumat verib. A. Sultanova bildirib ki, bir neçə gün əvvəl prezident İlham Əliyevə yazdığı müraciət şirkətin sədri Arif Alışanovu qəzəbləndirib və o işdən çıxarılıb.

"Sədr Arif Alışanov prezidentə müraciətimin "cavabı" olaraq məni qanunsuz olaraq işdən çıxarib. Səbəb isə Cənab Prezident məni evlə təmin edəndən sonra 2 ildir şüurlu şəkildə Arif Alışanov tərəfindən AzTV-də qarşılaşdığım haqsızlıqlar, ədalətsizliklər, əmək haqqımın kəsilməsidir. Belə çıxır ki, məni işdən çıxarmaqla Arif Alışanov özünü möhtərəm prezident İlham Əliyevdən "güclü" və "toxunulmaz" hesab edir. Cənab Prezident dəfələrlə bəyan edib ki, ona müraciət etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Dəyərli həmkarlarım, hamınızdan ədalətsizliklə, haqsızlıqla üz-üzə qaldığım vaxtda dəstək olmağınızı xahiş edirəm!”,-deyə Ağanisə Sultanova yazıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA