İlham Əliyev xəbərdarlıq etdi; Vergilər Nazirliyindən iş adamlarına müraciət

img

27-07-2015 [19:55]


Vergilər Nazirliyi ilk dəfə vergiödəyicilərinə vergi xidməti əməkdaşları tərəfindən qanunvericiliyin pozulması faktları haqqında "195” nömrəsinə məlumat vermək çağırışı ilə SMS göndərməyə başlayıb.

Müraciət prezident İlham Əliyevin iyulun 13-də hökumətin iclasında vergi orqanlarının əməkdaşlarına biznesin işinə əsassız müdaxilə və zorla pul tələb etməyin yolverilməz olduğu barədə xəbərdarlıq etməsindən iki həftə sonra yayılmağa başlayıb.

Bu zaman İ.Əliyev biznesmenləri xəzinəyə vergiləri tam şəkildə ödəməyə çağırmışdı ("Turan").

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA