26-07-2015 [14:06]
Cavad çox istəyirdi ki, ona Pələng desinlər. Amma bütün cəhdləri boşa çıxırdı. Ona adı ilə müraciət edirdilər. Ara-sıra "Pələng” deyə üz tutanların isə məqsədi vardı. Bu, əslində, ondan bəhrələnmək istəyənlərin jesti idi.
Bilirdilər ki, "Pələng” sözünə görə Cavad onlara qulaq asacaq, istəklərini cavabsız qoymayacaq. Amma bu da özünü çox vaxt doğrultmurdu, Pələng tülkü kimi hiyləgər idi.
Nadzorların qoşulduğu yarışlar
...10 saylı CÇM-in taxta barakı və klubun arasında idman meydançası var idi. Burada günün müxtəlif vaxtlarında futbol və voleybol yarışları keçirilərdi. Əhllər (Əhl - regionlar üzrə qruplaşan kiçik icmalar) və seçmə komandalar arasında baş tutan bu oyunların arxasında hansısa maraqların olması heç kəsə sirr deyildi. Dustaqların, eləcə də həbsxana işçilərinin maraqla izlədiyi bu oyunlar, əslində, qumar kimi bir şey idi. Sözsüz ki, oyun bitənə qədər müxtəlif mərclər olurdu. Məsələn, hansı oyunçu qol vuracaq, hansı komanda udacaq və sair. Mərclər isə bir qutu siqaretdən tutmuş 1000 manata qədər olurdu. Adlarına "aralıq uşaqları” deyilənlər bacardıqca kənardan edilən mərcləri öyrənirdilər. Hər bir mərcin hesabı aparılırdı. Ortadakı pulun 20 faizi "qaraya” gedirdi. "Qara” – mərclərdən "abşak”ın xəzinəsi üçün nəzərdə tutulan pula deyilirdi. Bu pullar əsasən "krıtıda” olan və yaxud ömürlük həbs cəzası alan, kimsəsiz, ehtiyacı olan "yaxşı oğlanlar”a sərf olunurdu. Amma belə söz-söhbət gəzirdi ki, toplanan pulların, "qrev”lərin yarıdan çoxu içəridə söz sahibi olan, bərkgedən dustaqlar tərəfindən mənimsənilir. Bu isə söz-söhbətə səbəb olurdu:
- Necə olur, filankəsin yanına gələn yoxdur, amma bahalı siqaret çəkir, filan qədər pul xərcləyir, yemək-içməyi boldur?!
Bu söz-söhbət bir-birinə ürək qızdıran adamların arasında aparılırdı. Çox adam isə risk edib aşkar danışmazdı. Amma "yerin də qulağı var” deyimi burada özünü doğruldurdu, söz-söhbət ünvana çatırdı, qulaqları dalayırdı.
"Pələng” ayamasının dillərdə əzbər olmasını istəyən Cavad da futbol oyununun mərclərində iştirak edər və həmişə də mərci aparardı. Daim Cavadın ətrafında olan Sarı ləqəbli göygöz Mustafa deyirdi ki, Cavad gərək özünə Pələng dedirtməsin. Əslində, o, tülkü kimi hiyləgərdi.
Onun dediklərində həqiqət var idi. Çünki hər bir ad dustağa onun əməlinə, xarakterinə, işinə, sosial mənşəyinə görə verilirdi. Bir də görürdün ki, özündən xəbərsiz artıq sənə təxəllüs seçiblər.
Cəlalın mərci aparmasının isə səbəbi çox sadə imiş. Bu heç də onun intellektinə, futbol biliyinə, oyunu, oyunçuları tanımasına görə deyilmiş. O, hər komandadan bir oyunçu ilə işbirliyi qurubmuş. Həmin oyunçu qapıya yaxın yerdə rəqib oyunçuya qarşı kobudluq edir, rəqib komandaya cərimə zərbəsi qazandırırmış. Nəticədə 7 metrlik cərimə zərbəsi ilə qapılarına qol vurdururmuş (meydan balaca olduğu üçün mini futbol oynanılırdı). Beləliklə, Cavad mərci udur və bu uduş "kobud” oyunçu ilə tən yarıya bölünürdü.
Sarı deyirdi ki, onun fırıldağı bilinir, sübut olunsa, onu və onunla işbirliyi quran oyunçuları vuracaq. Pələng isə vurulmurdu, əksinə, söhbətlərdə iştirak edir, "razborka”larda söz sahibi olaraq "ponyatka” verir, yaxşı oğlan kimi yerini möhkəmləndirirdi.
Nəzarətçilər və zabitlərdən də Cavaddan zəhləsi gedənlər çox idi. Olmuşdu ki, onların da öz aralarında mərc gəldikləri komanda Cavadın "taktiki” gedişi nəticəsində süni şəkildə uduzmuşdu. Əslində, onlar Cavadın dustaq qanunları ilə vurulmasında daha çox maraqlı idilər.
Bir dəfə Kazım adlı bir "aralıq uşağı” Pələngin bir neçə gün məyus gəzməyinin səbəbini xəlvətcə mənə dedi:
- Şair, bu axşam Pələngin söhbəti olacaq. Bundan qabaqkı "xodka”larında da fırıldaqları varmış. Burada da oyuna müdaxilə etməsi üzə çıxıb. Heç kəs bilməsin, bəlkə sabah o, "Qaragündə” yemək bişirdi (Qaragün – dustaqların özləri üçün yemək hazırladıqları ümumi mətbəxə deyilirdi. Burada yemək hazırlamaq əskiklik deyildi. Amma "strimit” edənlər, özlərini həbsxana həyatının daimi sakini sayanların yeməyi "şustryaklar” tərəfindən hazırlanardı).
Oyunlar hər gün gedirdi. Cavad isə gözə dəymirdi. Bir dəfə dostum və "xlebnikim” Aqillə onu cəza evinin məscidinin qarşısında gördük. Başında ağ əski təsək, kranda dəstəmaz alırdı. Aqil zarafat etdi:
- Deyəsən, haqqın qapısı üzünə açılıb, namaz qılırsan, başqa fırıldağın olmasın...
Cavad güldü:
- Ay "zemi”, nə fırıldaq, Allah evinin qapısı hamının üzünə açıqdır. Geci-tezi var, Allah bağışlayan, günahlardan keçəndir, yetər ki, ibadətindən qalmayasan, tövbə edəsən - mənim kimi. - Sonra mənə xitabən: - Şair, düz demirəm? – soruşdu.
Onun düz dediyini təsdiqlədim və əlimi zarafatla onun arxasına vurdum. Məşhur atalar sözünə əlavə və redaktə edib dedim:
- Pələng, məsəl var e, deyir, yel buraxan əzaya tövbə olmaz...
Gülüşdük. Söz verdi ki, axşam namazından qabaq tibb məntəqəsinə gələcək, söhbət edərik, indi isə namazın vaxtıdır.
Gəldi. Xeyli söhbət etdik. Birdən əsəbi halda dedi:
- Bu Naftalanın axundu vardı ha, nəşə, tiryək satdığına görə tutmuşdular e, axı məsciddə mollalıq edir. Ona dedim ki, maştağalı dindar bir oğlan var, "Yasin” surəsini səndən təmiz, səlis və düzgün oxuyar. Dedi, ola bilməz. Nə isə, bir blok siqaretdən mərcləşdik. Oxudular. Mərci mən uddum. İndi bu adam mənim uduşumu vermir. Deyir, ay Pələng, mərci edəndə gərək yanımızda "göz” olaydı, "qaranın” payını verəsən, sən tülkülük edirsən! Siz deyin, mən ona nə deyim?
- Ay Cavad, sənə dedik axı, sən tövbə edə bilməzsən...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi