25-07-2015 [20:20]
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” adlı layihəyə yekun vurub.
Layihə çərçivəsində sonuncu tədbir İmişlidə baş tutub.
İmişli rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Sabit Səmədov bildirib ki, təmsil etdiyi qurum media ilə əməkdaşlığa böyük önəm verir. Onun sözlərinə görə, ölkədə milli mətbuatın yaranmasının 140 illiyinin qeyd olunduğu bu günlərdə İmişli şəhərində analoji tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. İcra Hakimiyyəti əməkdaşının sözlərinə görə, rayonda yeni medianın funksiya və vəzifələrinin uğurla həyata keçirilməsinə xüsusi diqqət yetirilir.
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə "İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” layəhəsinin məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu rəqəmin daha da artacağı gözlənilir.
S.Verdizadə qeyd edib ki, əsas məqsəd onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək göstərməkdir.
"Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, "Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, internet media məkanındakı neqativ təmayüllərə qarşı ictimai qınağın artırılmasına ehtiyac var. Natiq çıxışında internet media və ənənəvi medianın təsnifatındakı fərqlərə, internet sahəsində tənzimləmənin müxtəlif cəhətlərinə, sosial şəbəkələrlə, bloggerliklə bağlı məsələlərə toxunub. Qeyd edib ki, internet medianın ənənəvi medianı tədricən sıradan çıxarmağa doğru getdiyi hazırkı vəziyyətdə medianın fəaliyyət üsul və vasitələrini dəyişməsi prosesinin ağrısız keçməsi son dərəcə vacibdir.
Qarşılıqlı müzakirə şəraitində keçən toplantıda çıxış edənlər mövzunun aktuallığını vurğulayaraq internet media sahəsində ictimai tənzimləmənin milli-mənəvi dəyərlərin qorunmasına dəstək baxımından vacibliyini əsaslandırıblar.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi