25-07-2015 [16:14]
Mia.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov deyib.
O bildirib ki, hazırda AzTA və Mədəniyyət və Turizm Nazirliyi hotellərdə otaq nömrələrinin qiymətlərinin endirilməsi ilə bağlı işlər aparır, görüşlər keçirir: "Bunun nəticəsi olaraq, artıq əksər hotellər qiymət siyasətinə yenidən baxaraq müəyyən endirimlər edib, otaq nömrələrinin qiymətlərini minimum 20-30 faiz ucuzlaşdırıblar.
N.Bağırov qeyd edib ki, endirimlərin bundan sonra da davam etməsi gözlənilir və hazırda bu istiqamətdə işlər aparılır: "Artıq əksər hotellər qiymətlərdə endirimlər edilir. Biz bu barədə yaxın müddət ərzində ictimaiyyətə əlavə məlumat verəcəyik”.
Assosiasiya sədri deyib ki, brend hotellərin fəaliyyətinin koordinasiyası Bakıdan olmadığı üçün yalnız yerli - Bakı və regionlarda yerləşən hotellərdə qiymət siyasətinin dəyişdirilməsi üçün danışıqlar aparılır: "Qiymətlərin aşağı salınması elə də asan məsələ deyil. Çünki hotellər şirkətlərlə müqavilə bağlayır və fəaliyyətlərini bu istiqamətdə qururlar. Bu müqavilələr dəyişdirilməlidir”.
Assosiasiya sədri bildirib ki, əslində, Gürcüstanla müqayisədə Azərbaycanda "beş” ulduzlu hotellərin qiymətləri ucuzdur: "Gürcüstanda 5 ulduzlu hoteldə bir otaq nömrəsinin bir günlük qiyməti 320 dollar olduğu halda, Azərbaycanda bu qiymət 240-150 dollar arasında dəyişir. Gürcüstanda "iki”, "üç” ulduzlu hotellər çox olduğundan turistlər bu hotellərdə qalmağa üstünlük verirlər. Bizdə "iki”, "üç” ulduzlu hotellərin olmaması bu baxımdan problem yaradır”.
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda, xüsusilə bölgələrdə hotellərin qiymətinin baha olduğunu deyib: "İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. Hazırda Bakıda otellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq "beş" ulduzlu olmayan otellərin qiymətləri bahadır. Bölgələrdə, rayon yerlərində elə qiymətlər qoyurlar ki, heç adam oraya getmək istəmir”.
Azərbaycanda "üç" ulduzlu otellər azdır, "iki" ulduzlu otellər yoxdur: "O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və "üç" ulduzlu, "iki" ulduzlu otellərin tikintisi. Yaxşı olardı ki, Mədəniyyət və Turizm Nazirliyi də bu məsələlərlə bağlı tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunları eşitsinlər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi