25-07-2015 [11:24]
Mia.az"Yeni Müsavat”a istinadən xəbər verir ki, beynəlxalq reytinq agentliyi "Moody’s”in Azərbaycanın bank sektorunda müşahidə olunan sistemli böhran əlamətlərinə dair iyulun 24-də yaydığı proqnoz da təhlükənin real olduğunu göstərir. "Moody’s” ölkənin aparıcı banklarından biri hesab edilən "Bank Technique”nin yerli və xarici valyuta ilə uzunmüddətli depozit reytinqini və Caa1-dən Caa2-yə endirib.
Agentlik həmçinin bankın kredit qabiliyyətini Caa2-dən Caa3-ə endirib. Bu qiymətləndirmə fevral ayında manatın devalvasiyası nəticəsində bankın kapital ehtiyatlarının zəifləməsini əks etdirir. Bankın uzunmüddətli depozit reytinqi neqativdir. Bu neqativ qiymətləndirmə bankın devalvasiya nəticəsində 25 milyon manat ziyana düşməsindən sonra ziyanın kompensasiya edilməsi üçün kapital yetərliliyinin olmamasına dəlalət edir.
Azərbaycanın bank sektorunda yaranmış böhranlı vəziyyət davam edir. Ötən həftə Mərkəzi Bank "EvroBank” ASC-nin bank lisenziyasını ləğv edib, "Azərbaycan Kredit Bankı” ASC-yə isə müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar verib. Ekspertlər daha bir neçə bankın da bağlanmasını proqnozlaşdırırlar.
Bankın Mərkəzi Banka təqdim edilmiş rekapitalizasiya planına əsasən səhmdarlardan subordinasiyalaşmış borc şəklində 8 milyon manatın cəlb edilməsi nəzərdə tutulur. Bununla belə, vaxt çərçivələri müəyyən deyil. Bundan əlavə, agentlik qeyd edir ki, 8 milyon manat bankın kapitalının möhkəmləndirilməsi üçün yetərli deyil. "Bank Technique” ən azı 28 milyon manat kapital yatırımına ehtiyac duyur, bunun 5 milyon manatı birinci dərəcə kapitaldır.
Agentlik bildirir ki, əgər bank Mərkəzi Bankdan yetərli dəstəyi alsa, onun kredit və depozit reytinqinə yenidən baxılacaq.
"Moody’s” bankın aktivlərinin həcminə görə ölkənin 9-cu ən iri bankı olduğunu qeyd edərək onun bank sistemi üçün əhəmiyyətini vurğulayır.
Bildirilir ki, yaxın 12-18 ay ərzində bankın depozitlərinin həcminin artması potensialı məhduddur. Əgər bank yetərli kapital dəstəyini almasa, agentlik onun reytinqini daha da aşağı salacağı haqda xəbərdarlıq edib.
Maraqlıdır ki, "Bank Technique”nin öz saytında (http://banktechnique.az) yaydığı məlumatlar "Moody’s”in pessimist proqnozları ilə uyğun gəlmir. Məsələn, iyun ayında yayılan məlumata görə, "Bank Technique” ASC-nin müştərilərinin sayı 2015-ci il ərzində artaraq, 105 minə yaxınlaşıb. Saytın iddiasına görə, ilin əvvəli ilə müqayisədə bu göstərici təxminən 4% artaraq 1 may tarixinə 104,580 şəxs olub.
"İqtisadi proseslərə baxmayaraq, müştəri bazasının artımı bank tərəfindən müsbət dəyərləndirilir və maliyyə təsisatına etimadı əks etdirir. Bankda həmçinin qeyd edirlər ki, bu göstəricinin artımına İnnovativ Məsafəli bankçılıq xidmətlərinin istifadəyə verilməsi, həmçinin əmanət faizlərinin yüksəldirilməsi qərarı öz təsirini göstərmişdir” - deyə, məlumatda bildirilir.
***
"Bank Technique”də maliyyə problemi yeni deyil. Hələ 2012-ci ilin aprelində "Texnikabank” (o vaxt belə adlanırdı) ASC-nin rəhbərliyi həbs edildikdən sonra bu bank Beynəlxalq Bankın İdarə Heyətinin o vaxtkı rəhbəri Cahangir Hacıyevin idarəçiliyinə keçmişdi. "Texnikabank” ASC-yə nəzarət uğrunda Mərkəzi Bank rəhbəri Elman Rüstəmov da səy göstərirdi. Amma o zaman hakimiyyətdən ciddi dəstəyi olan C.Hacıyev banka nəzarəti ələ aldı və E.Rüstəmov oyundankənar vəziyyətdə qaldı. Bundan sonra bankın adı dəyişdirilərək "Bank Technique” adlandırıldı, Cahangir Hacıyevin müavini Rövşən İsmayılov banka rəhbər gətirildi. "Bank Technique” Müşahidə Şurasının yeni tərkibi də (Fuad Mürşüdlü və Rauf Ağayev) C.Hacıyevin işçilərindən təşkil edildi.
C.Hacıyevin Beynəlxalq Bankda istefasından sonra "Bank Technique”də araşdırma başladı. Çünki ən azı o səbəbdən ki, C.Hacıyevin paytaxt Bakıda elit yaşayış binalarının - "Azure Park” yaşayış kompleksinin tikintisini məhz "Bank Technique” maliyyələşdirib. Üstəlik, o da məlum olub ki, Beynəlxalq Bank kimi "Bank Technique”dən də iri məbləğli, özü də heç bir girov qoyulmadan kreditlər götürülüb. Bu işdə də bəzi oliqarxların və iş adamlarının adı keçir. "Bank Technique”yə böyük məbləğdə və həm də girovsuz kredit götürmüş adamlar sırasında vəzifəli məmurların yaxın adamlarının olduğu da deyilirdi.
Beynəlxalq reytinq agentliyi "Moody’s” "Bank Technique” böhranla bağlı xəbərdarlığı da bu informasiyaların doğruluğunu təsdiqləyir. Qeyd edək ki, may ayında "Bank Technique” sədri Rövşən İsmayılovun saxlanılması barədə xəbər yayılmışdı. Sonradan bankdan təkzib edilən xəbərdə deyilirdi ki, R.İsmayılovun "Beynəlxalq Bank işi”nin istintaqını aparan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Saxlanılanlar sırasında bankın "Xəzər” filialının rəhbəri olan Fərid Məmmədovun (Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşı) da adı çəkilirdi.
Beynəlxalq Bankın Müşahidə Şurasının iyulun 22-də keçirilən toplantısında maliyyə naziri Samir Şərifovun namizədliyini müdafiə etdiyi Elmar Məmmədov İdarə Heyətinin sədri seçildi. Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun yaxın adamı kimi tanınan Rəşad Orucovun rəhbərliyə gətirilməsi isə baş tutmadı.
Məlumata görə, həbsdən qurtulan C.Hacıyevin bütün adamlarının bank sektorundan təmizlənməsinə başlanılıb. Beynəlxalq Bankın bütün rəhbərliyi yeniləndikdən sonra növbənin "Bank Technique” çatacağı əslində labüddür. Məlumata görə, Cahangir Hacıyevin İdarə Heyətindəki adamları təlaşdadır və onların həbs ehtimalı da mümkündür.
İddialara görə, "Bank Technique” rəhbərliyində "əl dəyişmə” tezliklə gerçəkləşəcək. Beynəlxalq Bankın maliyyə nazirinə "güzəştə gedən” Mərkəzi Bank sədri bu dəfə ciddi revanşa hazırlaşır. Belə ki, o, "Bank Technique”də nəzarəti ələ alacaq və yaxın adamlarından ibarət İdarə Heyəti formalaşdıracaq. Güman ki, məhz bu plan tam gerçəkləşdikdən sonra Mərkəzi Bank "Bank Technique” lazım olan vəsaiti ayıracaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi