25-07-2015 [00:46]
Azərbaycanda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi təmin edəcək.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Müfəttişliyinin Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş "Əsasnaməsi"ndə deyilir.
Bundan başqa, Dövlət Müfəttişliyi kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatını aparacaq, kənd təsərrüfatı texnikasının dövlət texniki baxışını keçirəcək və kənd təsərrüfatı texnikasından istifadəyə nəzarət edəcək.
Dövlət Müfəttişliyi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
- hüquqi və ya fiziki şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan kənd təsərrüfatı texnikasında zəmanət müddətində yaranmış nasazlığın müqavilə şərtlərinə uyğun olaraq aradan qaldırılmasına nəzarət edir;
- dövlət qeydiyyatına alınmış mexaniki nəqliyyat vasitələrinin rəsmi reyestrinin kağız və elektron daşıyıcılar üzərində aparılmasını təmin edir, onlara dövlət qeydiyyat nişanları və dövlət qeydiyyat şəhadətnamələri verir;
- kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatına alınması, dövlət texniki baxışının keçirilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün traktorçu-maşinist vəsiqəsinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron formada qəbul olunmasını təmin edir;
- müasir tipli texnikanın idarə edilməsi sahəsində ixtisaslı kadrlar hazırlanmasında iştirak edir;
- kənd təsərrüfatı texnikasının dövlət texniki baxışından keçirilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində məlumat verir;
- dövlət qeydiyyatına alınan dövlət texniki baxışından keçirilməmiş kənd təsərrüfatı texnikasını texniki baxışdan keçirir;
- texniki vəziyyəti qanunun və ya dövlət standartlarının tələblərinə uyğun gəlməyən, dövlət qeydiyyatına alınmayan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçməyən kənd təsərrüfatı texnikasının istismarını qadağan edir;
- dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının istismarı qaydalarının pozulmasının qarşısını almaq üçün tədbirlər görür və pozuntuların aradan qaldırılmasını hüquqi və fiziki şəxslərdən tələb edir;
- kənd təsərrüfatı texnikasının ipoteka müqaviləsinin qeydiyyata alınmasını və daşınar əmlakın rəsmi reyestrindən çıxarışın verilməsini təmin edir;
- traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri və təcrübi imtahanları keçirir, sürücülük vəsiqəsini verir və dəyişdirir;
- dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının dövlət qeydiyyat nişanlarının seriyalarına görə yerlərdə mərkəzləşdirilmiş qaydada elektron məlumat bazasının yaradılmasını və aparılmasını təmin edir;
- rayonlarda (şəhərlərdə) özəl aqroservislərin yaradılması və onların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə maarifləndirmə işi aparır;
- rayon (şəhər) texniki nəzarət müfəttişliklərinin fəaliyyətinə nəzarəti həyata keçirir;
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi