"Ermənilərin meyitlərini maşınlarla daşımaları..." - MN-dən sərt cavab

img

24-07-2015 [22:53]


"Ermənistanın müdafiə naziri Seyran Ohanyanın boş və reallıqdan uzaq fikirləri beynəlxalq aləmdən təcrid olunmuş siyasi, hərbi və iqtisadi cəhətdən iflasa uğrayan Ermənistan xalqı üçün hesablanıb”.

Mia.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Müdafiə Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir.

"Keçən ilin avqust ayında və bu ilin əvvəlində cəbhə bölgəsində Ermənistan ordusunun çoxsaylı itkiləri, meyitlərini maşınlarla daşımaları, yəqin ki, S.Ohanyanın yaddaşından silinib. Əgər bu belədirsə, Azərbaycan əsgəri yaxın vaxtlarda öz gücü və qüvvəsini bir daha ona göstərməklə bunu növbəti dəfə sübut edəcək”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Sehran Ohanyan bu gün erməni mətbuatına açıqlamasında Azərbaycan hakimiyyətini hərbi ritorikadan çəkinməyə çağırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA