24-07-2015 [17:08]
"Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri Azərbaycan-Avropa əlaqələri baxımından mühüm hadisələrdən biri idi”.
Mia.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərinə münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, D. Tuskun səfəri əslində Avropa Oyunları zamanı baş tutmalı idi: "Ancaq 21-22 iyunda Yunanıstanla bağlı mühüm durum yarandı, böhranla bağlı Avropa İttifaqına üzv dövlətlərin toplantısı oldu. O da Azərbaycan tərəfindən üzr istəyərək bildirdi ki, gələ bilmir”.
N. Məmmədov bu ilin əvvəlində Qərb strukturları ilə Azərbaycan arasında bir sıra məsələlərə yanaşmada mövqe fərqinin olduğunu söyləyib: "Azərbaycan müstəqillik qazandığı müddətdən bəri Avropa dövlətləri ilə strateji sahələrdə ən uğurlu və sıx əməkdaşlıq edən ölkədir. Postsovet məkanındakı dövlətlər içərisində Avropa dövlətləri ilə bu səviyyədə əməkdaşlıq edən ikinci ölkə göstərmək olmaz. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr regionun sabitliyinə və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verib. Eyni zamanda Azərbaycan Avropa İttifaqı ilə terrorizmə qarşı səmərəli mübarizə aparır, bunun tarixi müstəqilliyimizin ilk illərindən başlayır. Digər tərəfdən, Azərbaycan Avropa strukturları ilə dünyanın müxtəlif yerlərində sülhün təmin olunmasında əməkdaşlıq edir”.
N. Məmmədov qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə siyasi və mədəniyyət sahələrində də sıx əməkdaşlıq edir: "Amma bu ilin əvvəlindən bizim Avropa strukturlarına açıq, səmimi və daha sərt formada iradlarımız olub. Biz deyirik ki, əgər strateji sahələrdə belə əməkdaşlıq ediriksə, sizdən bunu dəyərləndirən münasibət gözləyirik, çox təəssüf ki, uzun müddət gözləsək də, bu münasibəti görə bilmirik. Həm də Avropa strukturlarına xırda bir irad deyəndə özünü fəal adlandıran müxalifətçilər, QHT-lər deyirlər ki, dünya dağıldı. Bəlkə deyilən iradlar əsaslıdır?! Sözüm yoxdur, onları maliyyələşdirənlərə, sahiblərinə xidmət etsinlər, ancaq unutmasınlar ki, Azərbaycan vətəndaşıdırlar. Onlar Avropa strukturlarından bu müddət ərzində Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyi tələb etməyiblər, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması barədə indiyə qədər söz deməyiblər”.
N. Məmmədov Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qərbdən, Avropa strukturlarından beynəlxalq hüquqa uyğun mövqe gözlədiklərini vurğulayıb: "Təəssüf ki, onlar bunu etmirlər, edə bilmirlər. Biz Vilnüs sammitində assosiasiya sazişinə qoşulmadıq. Bizi tənqid edirdilər. Amma həmin tənqid edənlərin biri də demədi ki, assosiasiya sazişində Azərbaycanın ərazi bütövlüyü göstərilmir. Necə olur ki, Moldova, Ukrayna ilə assosiasiya sazişində bu göstərilir? Bunu bir müxalifət fəalı, həmin QHT-lər demədilər. Prezident İlham Əliyev Azərbaycanın maraqları ilə bağlı addım atır və atmaqdadır. Ola bilər ki, bir müddət Azərbaycanın bəyanatlarına, mövqelərinə Qərbdə diqqət yetirmirdilər, düşünürdülər ki, Azərbaycanı istədikləri yola gətirəcəklər. Amma prezident son müşavirədə Qərbdə bağlı konkret mövqe nümayiş etdirdi. Anladılar ki, Azərbaycana başqa ölkələr kimi fərqli münasibət göstərə bilməzlər. Avropa İttifaqının prezidentinin səfəri də bunun göstəricisi idi”.
N. Məmmədovun sözlərinə görə, Donald Tusk etiraf edib ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır: "O cümlədən, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Donald Tusk bəyan etdi ki, Avropa İttifaqı Azərbaycanın müstəqilliyi və suverenliyini dəstəkləyir. Uzun yoldan sonra bu qiyməti aldıq. Yeri gələndə biz öz mili maraqlarımız, təhlükəsizlik və sabitliyimiz üçün bu addımları atmaqda davam edirik. Bir daha deyirəm ki, müstəqilliyi qoruyub saxlamaq çox çətindir. Müstəqilliyimizi əbədi qorumalıyıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi