İcra başçısının milyonluq villası, Almaniyadan gətirilən xüsusi itləri və.. - FOTOLAR

img

24-07-2015 [12:26]


Azərbaycanda fəaliyyət göstərən bəzi məmurların aldığı əmək haqqı ilə heç cür uzlaşmayan təmtaraqlı həyat tərzi barədə mətbutda çeşidli materiallar dərc edilb.

Hətta vəziyyət o həddə çatdı ki, Prezident İlham Əliyev məmurlara harın həyat tərzindən imtina etməklə bağlı açıq mətnlə xəbərdarlıq belə etdi.

Ölkə Prezidenti bir müddət əvvəl, Səbail rayonu ərazisində olan «Dostluq» parkında inşa edilən və dəyəri milyonlarla ölçülən villaların sökülməsi ilə bağlı tapşırıq verdi. Həmin vaxt, Prezidentin özünün də qeyd etdiyi kimi, məlum  villaların sahibləri tapılmadı. 

Qeyd edək ki, "Dostluq" parkında yaşananlardan dərs götürməyən, öz harın həyat tərzini davam etdirən məmurlarımız heç də az deyil.

Sosial şəbəkələrdən yazılanlardan və  paylaşılan şəkillərdən bunu aydın  sezmək mümkündür.

Qax rayonunun İlisu kəndinin ən mənzərəli yerində, dağların qoynunda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəninin villasının şəkilləri sosial şəbəkələrin "bəzəyinə" çevrilib. 

Yerli sakinlərin bildirdiyinə görə, icra başçısı yay aylarında bu villada yaşayır. Bildirilir ki, İlisudakı karyerləri qanunsuz olaraq ələ keçirib işlədən Zaqalanın icra başçısı, bu kənddə demək olar ki, sevilmir. Sakinlərin sözlərinə görə, karyerdə kənd sakinlərini gündə 12 saat çalışdıran icra başçısı onlara qəpik-quruş verir.

Mübariz Əhmədzadənin İlisu kəndindəki milyonluq villasından danışan kənd sakinləri icra başçısının 62 AA 001 dövlət nömrə nişanlı xidməti maşını tez-tez villanın qarşısında dayandığını bildirirlər. İcra başçısının İlisuda xüsusi imtiyaza  sahib olan itlərinin olduğu da söylənilir.

Sakinlər bildirir ki, villanın qoruyucuları olan bu itləri Mübariz Əhmədzadə xüsusi olaraq Almaniydan gətizdirib: " İtlərə xüsusi adam baxır. Onlar üçün Bakıdan, ya da Gürcüstandan xüsusi yem gətizdirilir. İlisuda bu itlərə heç kim toxuna bilməz. İtlərin əsas vəzifəsi  Mübariz Əhmədzadəninin villasını kənar adamlardan qorumaqdır. Xüsusi təlim görmüş bu itlər villaya icazəsiz girəni tikə-parça edər".

Mübariz Əhmədzadə bu villanı hansı qazancı ilə əldə etməsi ilə bağlı ictimaiyyəti maraqlandıran suallara açıqlıq gətirsəydi, biz öz adımızdan hörmətli başçıya minnətdar olardıq. 

Onun mövqeyini dərc etməyə hazırıq.

Mia.az Strateq.az istinadən Mübariz Əhmədzadənin villasının şəkillərini təqdim edir:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA