23-07-2015 [19:44]
Goranboy Rayon İcra Hakimiyyətinin başçısının qadın müavini Elnarə Yusifova işdən kənarlaşdırılıb.
Bu, Azərbaycanda royonlar içərisində icra başçılarının ilk işdən kənarlaşdırılan qadın müavinidir.
Modern.az-ın əldə etdiyi məlumata görə, Goranboy rayonu icra başçısı Nizaməddin Quliyev qadın müavinini işdən çıxardıb.
Prezident Adminstrasiyasının hər bir rayonda icra başçıların müavinlərindən birinin qadın olması barədə tapşırığından sonra N.Quliyev də hümatinar məsələlər üzrə müavini vəzifəsinə Elnarə Yusifovanı təyin etmişdi.Artıq icra başçısı E.Yusifovanı işdən azad edib və yerinə yeni təyinat aparılıb.
İndi icra başçısının hümanitar məsələlər üzrə qadın müavini Mirvari Ağamaliyevadır.
Bu barədə artıq Gornaboy rayon İcra Hakimiyyətinin saytında da yenilənmə aparılıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən işdən çıxarılan Elnarə Yusifova səbəb kimi icra hakimiyyətindəki haqsızlıqları önə çəkib."İcra başçısı ilə aramda narazılıq oldu. Belə ki, tabeliyimdə olan müəssisələrdə yoxlamalar aparmışdım və işlərində səhvlər aşkarlamışdım. İşlərində olan nöqsanların aradan qaldırılması istiqamətində hər hansı nəticə əldə edə bilmədim və ərizə yazıb işdən ayrıldım”.
Gözlədiyi iş prinsipinin Goranboy rayon İcra Hakimiyyətində olmadığını deyən E.Yusifova işdən çıxarılan ilk qadın müavin olmasını da kəskin pisləyib."Qadın müavinlərin içərisində ilk çıxarılan mənəm və bunu pis qiymətləndirirəm. Qadınları vəzifədə irəli çəkməklə deyil ki, onların arxasında durmaq lazımdır. Ümumiyyətlə,hesab edirəm ki, işləyərəkəntabeliyimdə olan müəssisələrdə nöqsanlarbundan sonra daheç düzəlməyəcək.
Əgər bu nöqsanların heç olmazsa 20 faizi həll olunmursa, o zaman bu işi aparmaq nəyə laızmdır, bu icra hakimiyyəti nəyə gərəkdir?
Bu məsələlər icra başçısı ilə də müzakirə olunub və nəticəsiz qalıb.Belə olan halda isə mən ərizəmi verdim və ayrıldım”.
E.Yusifova hazırda yerinə təyin edilən Mirvari Ağamalıyevanın isə 30 min manat verərək həmin vəzifəyə gəldiyini vurğulayıb. "Həmnin xanım heç nə görmür, deyir 30 min manat verib gəlmişəm və o pulu çıxardana qədər oturub gözləsin, onun onsuz ayrı nə fəaliyyəti olacaq ki... Mən isə vəzifəyə Prezident Administrasiyasında təsdiq edilmişdim. Onu kimi heç bir pul verməmişəm. Bəlkə də ona görə məni yola vermədilər”.
Bundan əvvəl orta məktəbdə ibtidai sinif müəlliməsi, daha sonra İcra Hakimiyyətində baş məsələhətçi işlədiyini deyən keçmiş müavin Prezident Administrasiyasına müraciət edib: "Qəbula düşmək istəyirəm. Bundan sonrakı fəaliyyətimi necə istiqamətləndirmək sahəsində məsləhətlər almaq istərdim. Hələ ki gözləyirəm, bir ay əvvəl teleqram vurmuşam, məktub da yazmışam.
İşdən ayrılmağıma rayon ictimaiyyəti, qohumlarım da narazıdır. O vəzifədə savadıma güvənirdilər və yoldaşım da arxamda idi. Orada uzun müddət işləməyimin tərəfdarı idi. Yoldaşım Goranboy rayon şahmat məktəbinin direktorudur. Amma alınmadı”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi