Ağstafada qoçular peyda olub - Rayon rəhbərliyi isə... - Prezidentə şikayət (SƏNƏDLƏR)

img

23-07-2015 [16:42]



Ağstafa rayon Dağkəsəmən kənd sakini Əmirov Oqtay Musa oğlu Mia.az-a şikayət məktubu göndərib.

Şikayətçi sayt vasitəsiylə Prezident İlham Əliyevə müraciət edib:

"Hörmətli Cənab Prezidentimiz!

Yaşadığım Dağkəsəmən kəndi ərazisində 2007-ci ildə alqı-satqı yolu ilə 10 sot həyətyani torpaq sahəsi almışam. Bütün sənədlərim qaydasında olduğu halda, torpağım əlimdən alınır. Həmkəndlim Muradov Alik Fuad oğlu rayonumuzun səlahiyyətli orqanları ilə əlbir olaraq mənim torpağımı əlimdən alırlar. Dövlət orqanlarına dəfələrlə müraciət etmişəm, deyirlər get məhkəmə həll eləsin. Məhkəmələrə də müraciət etmişəm, ancaq iki ildir məni süründürürlər. Bütün sənədləri ilə mənə məxsus olan bu torpağı mənə dövlətim veribsə, mənə aid olan torpağı yalnız dövlətimə verə bilərəm. Nəyə görə kimsə gəlib qanunsuz yolla mənim və mənim kimi 4 ailənin torpağını zəbt etməlidir?

 Kimə müraciət ediriksə, şikayətimizə baxan yoxdu. Sizdən bir Azərbaycan vətəndaşı, 37 ildir vergi ödəyən bir sahibkar kimi xahiş edirəm, bizə köməklik göstərilməsi üçün tapşırıq verəsiniz". 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA