23-07-2015 [11:33]
Azərbaycanda məhkəmə sahibkarın icra hakimiyyətinə qarşı qaldırdığı iddianı təmin edib.
Gədəbəy rayonundan olan iş adamı Oqtay Əliyev Mia.az-a deyib ki, ona məxsus turizm obyekti Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülüb. Sahibkar 170 min manata başa gələn həmin obyektin uçurulması ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə işi araşdırıb və xüsusi ekspertizanın rəyini nəzərə alaraq təsdiq edib ki, Əliyev Oqtay İbrahim oğluna məxsus həmin turizm obyekti həqiqətən də Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən əsassız olaraq sökülüb. Nəticədə, məhkəmə bununla bağlı 16 fevral 2015-ci il tarixli Qərar qəbul edib. Azərbaycan Respubliksaının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrinin rəhbər tutulduğu Qərarda bildirilir:
Cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətindən 66 626 manat tutulub iddiaçı Əliyev Oqtay İbrahim oğlunun xeyrinə ödənilsin.
O. Əliyev deyir ki, Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası ona qarşı əsassızi iddialarla çıxış edib.
Onun fikrincə icra başçısının müdaxiləsi ilə apeliyasiya məhkəməsi qarşı tərəfi haqlı çıxarıb. Onun sözlərinə görə sonradan məsələ ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edib. Və nəticədə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası da işi araşdıraraq 18 iyun 2015-ci il tarixdə sahibkarın xeyrinə qərar qəbul edib.
Həmin qərarda bildirilir: - Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının14 aprel 2015-ci il tarixli, 2-1(104)-108/2015 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı Əliyev oqtay İbrahim oğlunun kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Qeyd edək ki, Gədəbəyin Qalakənd kəndində O.Əliyevin inşa etdirdiyi turizm obyekti Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas göstərilmədən və söküntü ilə bağlı məhkəmənin qərarı olmadan 29.07.2014-cü il tarixdə sökülüb.
Halbuki, obyektin tikintisi ilə bağlı aidiyyəti qurumlardan, xüsusən də ərazinin balansında olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan rəsmi icazəsi olub. Belə ki, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin Qalakənd meşəbəyliyinin 0.20 ha sahəsindən istirahət turizm məqsədi ilə istifadə etmək üçün həmin müəssisə ilə 16 iyun 2013-cü il tarixdə 5 (beş) illik müqavilə bağlanılıb.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi