Nazirliyin 6 aylıq “ət əməliyyatı”

img

23-07-2015 [11:31]


"Bu ilin altı ayı ərzində 315 kiloqram donuz əti satışdan çıxarılıb”.

Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildiri.

Nazirlik rəsmisi qeyd edib ki, ərzaq məhsullarının təhlükəsizliyinin təmin olunması məqsədilə Respublikanın ticarət bazarlarında və yarmarkalarında fəaliyyət göstərən bayratlıq və sanitariya, ekspertiza laboratoriyaları tərəfindən 395 kiloqram iribuynuzlu, 233 kiloqram xırdabuynuzlu heyvan əti və 2038 kiloqram daxili orqan satışdan çıxarılıb.

Y.Xanvəlinin sözlərinə görə, son altı ayda 159 kiloqram quş, 179 kiloqram balıq əti, 1775 kiloqram süd və süd məhsulları, 1598 ədəd yumurta yararsız olduğu üçün satışdan çıxarılıb.

"Kəsim məntəqələrində 1443 kiloqram yararsız iribuynuzlu heyvan əti, 712 kiloqram daxili orqan aşkar olunub. Digər məhsullarla yanaşı balıq məhsullarına da nəzarət aparılır və neqativ hallar aşkar olunan kimi bazardan çıxarılaraq zərərsizləşdirilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA