23-07-2015 [10:54]
Mart ayının 18-dən Beynəlxalq Bankın boş qalan İdarə Heyətinin sədri vəzifəsinə, nəhayət, seçki keçirilib. İyulun 22-də Beynəlxalq Bankın Müşahidə Şurasının iclasında İdarə Heyətinə sədr seçilməsi və İdarə Heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edilib.
Məlumata görə, İdarə Heyəti sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri "Kapital Bank” ASC-nin keçmiş, "Azəri-Türk Bank” ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, "Aqrar Kredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Temraz oğlu Orucov olub.
Səsvermə nəticəsində İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib. Elə həmin gün bankın İdarə Heyətinin sədrinin müavini və baş maliyyə direktoru Rəşad Hacıyev vəzifəsindən istefa verib.
Beynəlxalq Banka rəhbərlik uğrunda mübarizə Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov arasında hələ Cahangir Hacıyevin dönəmindən başlamışdı. C.Hacıyevin istefasından sonra isə hər iki şəxs bu posta özünə yaxın adamı təyin etdirməyə çalışırdı. Məhz bu mübarizə də sədr seçilməsinin yubanmasına səbəb oldu.
Ş.Şərifovun Beynəlxalq Banka rəhbərlik uğrunda mübarizədə fəal olması əslində başadüşüləndir. Çünki Beynəlxalq Bankın 50,2 faiz səhmi dövlətə - Maliyyə Nazirliyinə məxsusdur. Məhz bu səbəbdən də maliyyə naziri bank rəhbərliyinə əvvəllər "Kapital Bank”ın rəhbərliyində çalışan Elmar Məmmədovun sədr gətirilməsinə çalışırdı və bunu gizlətmirdi də.
Mərkəzi Bank rəhbəri isə Rəşad Orucovun namizədliyini müdafiə edirdi. Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışan R.Orucov baş bankirin ən yaxın adamlarından sayılır. Maraqlıdır ki, Rəşad Orucov "Aqrar Kredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevin həm də kürəkənidir.
Rəşad Orucovun təyinatının baş tutmamasını maliyyə nazirinin Elman Rüstəmov üzərində qələbəsi kimi qiymətləndirmək olar. Bu, həm də baş nazir postuna iddialı olan Samir Şərifovun sözünün daha mötəbərliyinə işarədir. Məlumdur ki, S.Şərifov cidd-cəhdlə baş nazir olmaq istəyir. Bunun üçün də ətrafına yaxınlarından ibarət güclü komanda yığır. Həmin komandada indi Beynəlxalq Banka rəhbər gətirilən Elmar Məmmədovun adı həmişə birinci çəkilib.
Beynəlxalq Bankın yeni rəhbəri 1969-cu ildə doğulub, ixtisasca iqtisadçı və hüquqşünasdır. 1995-2004-cü illərdə Beynəlxalq Bankın Əməliyyat idarəsinin rəisi, Səbayel filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini "Kapital Bank”da davam etdirən E.Məmmədov 2005-ci ildən bankı sədr müavini, 2009-cu ildən isə sədri işləyib. Ötən il dekabrın 14-də "Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri olub. Elmar Məmmədov "Azərsığorta” Dövlət Şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur(Musavat.com).

Azər BAYRAMOV
Yeri gəlmişkən, hələ bir neçə ay əvvəl Mia.az ABB üzərində rəqib qrupların mübarizə apardlğını, ancaq nazir Samir Şərifovun, daha dəqiqi, onun müavini, həm də Beynəlxalq Bankın Müşahidə Şurasının sədri olan Azər Bayramovun bu prosesdə "əlinin güclü" olduğunu yazmışdıq. Bəli, Maliyyə Nazirliyindəki "Qərb qruplaşması"na başçılıq edən Azər Bayramov bu prosesdən tam qalıb çıxdı. Əslən Gədəbəyli olan Azər Bayramov Qazaxlı Elmar Məmmədovun ABB-nin idarə heyətinin sədri seçilməsini təmin etməklə, dövlətin payının daha çox olduğu bankı tam şəkildə öz əllərinə ala bildilər...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi