23-07-2015 [00:30]
Sumqayıt şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizov bir neçə gün öncə Azərbaycanda Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə bir qrup sumqayıtlı jurnalistlə görüş keçirib.
Mia.az-ın məlumatına görə, Sumqayıtın Tarixi Muzeyində keçirilən və 30-dan cox jurnalistinin qatıldığı görüşdə Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər Təşkilatının sədri Rafiq Oday, "Xalq" qəzetinin bölgə müxbiri Əli Nəcəfxanlı, "Azərbaycan" qəzetinin bölgə müxbiri Akif Əliyev, "Respublika" qəzetinin bölgə müxbiri Söhrab Səfiyev, Sumqayıt şəhər Bələdiyyəsinin mətbuat katibi Rəhman Orxan, Xeberle.com xəbər saytının həmtəsisçisi və baş redaktoru Elnur Ağayev, Sumqayıt TV-nin (sumqayit.tv) baş redaktoru Ramil Zeynallı, "Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Məlikov, "Azərtac”ın müxbiri Ətrabə Rzayeva, "Exo Sumqaitain” qəzetinin baş redaktoru Eyruz Məmmədov, "168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov, "Sumqayitxeber.com” xəbər saytının təsisçisi və baş redaktoru Eyvaz Qocayev, ”Məslək” qəzetinin baş redaktoru Ucal İldırım, "Dünya” TV-nin prezidenti Ramiz Hüseynov, "Günəşli sabah” qəzetinin baş redaktoru Aygün Hacıyeva, "İdeal market” qəzetinin baş redaktoru İlhamə Məhəmmədqızı, "Yeganə yol” qəzetinin baş redaktoru Firdovsi Cəfərxan, "Möhtəşəm Azərbaycan" qəzetinin redaktoru Nisə Qədirli, "Bahar" jurnalının baş redaktoru Ruhiyyə Bahar, "Sumqayıt" jurnalının baş redaktoru Elcan Oruclu və digər jurnalistlər iştirak ediblər.
Sonda Sumqayıt şəhər İcra Hakimiyyəti adından "22 iyul Milli Mətbuat günü" münasibəti ilə jurnalistlərə hədiyyələr təqdim olundu.
Bir məqama diqqət çəkək ki, icra başçısı görüşdüyü jurnalistlər arasına bir neçə nəfər Sumqayıt ictimaiyyəti tərəfində qəbul olunan və nüfuzlu şəxslərdir, qalanı isə yerli hakimiyyəti tərifdeyənləridir. Sumqayıtda yaşayan müstəqil media mənsubları isə görüşə dəvət olunmayıblar.
Diqqətçəkən məqamlardan biri isə Eldar Əzizovun jurnalistlərə bayram hədiyyəsinin saxta stolüstü saat olmasıdır. Belə ki, hədiyyə edilən saatın keyfiyyətsiz, saxta və uzuc bir şeydir. Düzdür, hədiyyənin böyüyü, kiçiyi olmur, amma icra başçısının jurnalistlərə 5-10 manatlıq saat hədiyyə etməsi də birmənalı qarşılana bilməz.
Onu da nəzərə çatdıraq ki, görüş iyulun 9-da keçirilib. Yəni, Eldar Əzizov görüşü iki həftə öncə keçirərək tezbazar məzuniyyətə çıxmaqla bir daha jurnalistlərə olan münasibətini ortaya qoyub.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi