22-07-2015 [23:05]
Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət nümayəndələri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib və Azərbaycan milli mətbuatından bəhs edən qısa film nümayiş etdirilib. Daha sonra media nümayəndələrinə mükafatlar təqdim edilib. Bundan sonra isə Bakı-2015 Birinci Avropa Oyunlarını ən geniş işıqlandıran kütləvi informasiya vasitələri ilə bağlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqənin qalibi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti olub. İkinci yerə AZƏRTAC Dövlət İnformasiya Agentliyi, Azad Azərbaycan Televiziyası, üçüncü yerə isə Trend və APA informasiya agentlikləri və "Azərbaycan" qəzeti layiq görülüb. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov isə "UBM Group” şirkəti tərəfindən Bakı-2015 Birinci Avropa Oyunlarına xüsusi informasiya dəstəyinə görə mükafatla təltif edilib. Ə.Həsənov həm də "PAŞA Bank”ın Azərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə xüsusi mükafatına layiq görülüb. "UBM Group” şirkəti tərəfindən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevə isə Birinci Avropa Oyunlarının informasiya təminatı sahəsində səmərəli fəaliyyətinə görə mükafat təqdim edilib. Daha sonra Mətbuat Şurası tərəfindən bir sıra media qurumlarının nümayəndələrinə Ali Media mükafatlarının təqdim edilməsi mərasimi keçirilib. Ali Media Mükafatının II dərəcəsinə "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, Ali Media Mükafatının III dərəcəsinə isə "Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev və "Birlik” jurnalının baş redaktoru İlqar İlkin layiq görülüblər. Tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi