Ermənistana keçən 2 azərbaycanlını saxladılar

img

22-07-2015 [16:57]


Gürcüstanın Marneuli rayonunu sakinləri olan Nadir və Şahin Bədiyev iyulun 21-i səhər saatlarında Ermənistan sərhədçiləri tərəfindən iki ölkə sərhəddində saxlanılıblar.

Modern.az saytı Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu haqda Sadaxlı kənd icra nümayəndəsi Eldar Məmmədov bildirib. Onun sözlərinə görə, çayda üzərkən təsadüfən Ermənistan ərazisinə keçən azərbaycanlılar artıq geri qaytarılıblar.

"Onlar təsadüfən sərhəddi keçiblər. Erməni sərhədçilər onları saxlayaraq, dindiriblər. Gürcüstan sərhədçilərinin zəngindən sonra isə sərbəst buraxıblar. Onlara heç cərimə də yazmayıblar”.

Eldar Məmmədovun sözlərinə görə Nadir və Şahin Bədiyevlər artıq öz evlərindədirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA