Korrupsiya İdarəsinin rəisi “Beynəlxalq Bank işi”ndəki həbslərdən DANIŞDI

img

22-07-2015 [11:49]


"Səhiyyə sahəsində 6 nəfər, təhsillə bağlı 3 nəfər, bələdiyyələrlə bağlı 3 nəfərin işi məhkəmələrdədir”. Modern.az saytı xəbər verir ki, bunu 2015-ci ilin 1-ci yarımilliyi ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülmüş işlərə dair statistikanı açıqlayarkən idarənin rəisi Kamran Əliyev bildirib.

O, Beynəlxalq Bankdan götürülən və geri qaytarılmayan böyük kretidlərlə bağlı bəzi məsələlərə də aydınlıq gətirib: "Hər bir halda kreditin ödənilməsi fərdidir. Kiminsə "mənim 2017-ci ilə qədər vaxtım var, ödəyəcəm” deməsi doğru deyil. "Beynəlxalq Bank işi”ndə bizim idarənin 3 əməkdaşı iştirak edir. Əgər aparılan işdə korrupsiyaya dair hər hansı hal aşkarlanarsa, dərhal lazımi ölçü götürüləcək”.

Gülşən RAUFQIZI


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA