Qarabağda iki erməni tankı minaya düşdü - VİDEO

img

21-07-2015 [22:24]


Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə məxsus iki ağır hərbi texnika minaya düşüb.

Mia.az report-a istinadən xəbər verir ki, "T-72” tankları "hərbi texnikanın idarə olunmasına dair təlimlərə” gedərkən partlayıb. Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində həlak olub. Digər tankın ekipaj üzvləri isə ağır vəziyyətdə erməni işğalı altındakı Xankəndi şəhərindəki hospitala yerləşdirilib.

Hadisənin təfərrüatlarının araşdırılması üçün əməliyyat qrupu yaradılıb. Təqdim edilən videoda xəsarət alanların təxliyə edildiyini görmək olar.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA