İcra hakimiyyətində tədbir - Jurnalistlərə mükafat verildi

img

21-07-2015 [16:04]


22 iyul – Milli Mətbuat günü münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində respublikanın qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələriylə görüş keçirilib. 

Mia.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov deyib ki, 140 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Sonda mətbuat nümayəndələrinə mükafatlar təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA