Xidmət rəisi, oğlu, qohumları haqda şok şikayət - Nazirdən imdad istənilir

img

21-07-2015 [15:21]


Göyçay rayonu R.Rza küçəsi ev 41 sakini Məmmədyaraov Müşviq Sidqi oğlu tərəfindən Mia.az-a şikayət məktubu daxil olub.

Şiçayətçi yazır ki, Göyçay Rayon Baytarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ona məxsus apteki bağlatdırıb:

"Xidmət rəisi öz şəxsi maraqlarına görə qanunsuz və qərəzli olaraq 15 il qanunu fəaliyyət göstərən, 3 ailənin yeganə qazanc yeri olan baytarlıq aptekimizi bağlatdırıb. Əsas isə Göyçay rayon Batarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyev qəsdən, qanunsuz olaraq bizə göndəriş vermir ki,  Kənd Təsərrüfatı Nazirliyindən sənədimizi alaq. Çünki o, Göyçay rayon ərazisində fəaliyyət göstərən baytarlıq apteklərin inhisarına alıb. Buna görə də Göyçay rayonu R.Rza küçəsi ev 51-də, həyətyanı sahədə 20 kvadrat.metr sahəsi olan baytarlıq aptekimizin fəaliyyəti dayanıb. Hansı ki, düz 15 ildir. qanunu sənədlərlə fəaliyyət göstərirdik".

Şikayətçi yazır ki, aptekin direktoru Rəfiqə Abdullayeva  Kənd Təsərrüfatı İnistitutunun Baytarlıq fakultəsini bitirib, ixtisasca baytardır:

"Özüm isə Göyçay Kollecində süni mayalanma texniki kursunu oxumuşam. Aptekimizdə satılan dərmanlar həm yüksək keyfiyyətli , həm də digər apteklərdən ucuzdur.Keçən il Respublika ərazisində mal-qara arasında yayılmış nodulyar dermatit və psendosarkos xəstəliyinə görə biz xəstə mal-qaranı cəmi 15 manat qiyməti olan dərmanla tam müalicə edirdik. Bu da baytarlıq apteklərini inhisara almış və qanunsuz fəaliyyət göstərən  Ağadadaş Hacıyevin qəzəbinə səbəb oldu deyə, 2015-ci il üçün Kənd Təsərrüfatı Nazirliyindən sənəd almağımız üçün bizə göndərişi qanunsuz olaraq vermədi".

Şikayətçi daha sonra Ağadadaş Hacıyevə məxsus Göyçay rayon ərazisində çoxlu sayda baytarlıq apteki olduğunu iddia edib:

"Onların çoxu da tam qanunsuz fəaliyyət göstərir.Ağadadaş Hacıyevin Orxan adlı oğlunun adı Göyçay rayon Baytarlıq Xidməti İdarəsində işçi kimi qeyd edilsə də, o, rayon mərkəzində baytarlıq apteki işlədir. Ancaq onun baytar ixtisası da yoxdur.

Göyçay rayonu Nizami küçəsi ərazisində yerləşən baytarlıq aptekini Nuru adlı qaynı işlədir ki, onun da baytarlıq ixtisası yoxdur.

Göyçay rayonunda paltar bazarının yaxınlığındakı aptekidə qanunsuz fəaliyyət göstərir. Ağadadaş Hacıyevin qardaşı Qiyasa məxsus olan Göyçay rayonu  R.Rza küçəsi və "Kolxoz" bazarı ərazisində  yerləşən baytarlıq apteklərində də baytarlıq  ixtisası olmayan şəxslər işləyir  ki, bu ciddi qanun pozuntusudur, saxtakarlıqdır.

Qiyas Hacıyevə məxsus Ucar rayonu Müsüslü kəndində yerləşən quşçuluq broylerində antisanitariya, qanunsuzluq baş alıb gedir. Ağadadaş Hacıyevin Rahim adlı qaynına məxsus Göyçay rayonunda qırmızı körpünün yaxınlığındakı ət kombinatında  xəstə mal-qara kəsilərək birbaşa satış nöqtələrinə gətirilir və möhür də  bazarda vurulur. Hansı ki, qanuna əsasən mal-qara  kəsilərkən elə oradaca labarator analiz edilib, möhür vurulub, sonra satış nöqtələrinə paylanmalıdır.

Həmin kəsim sexində antisanitariya, mundarçılıq  baş alıb gedir. Bütün bunlar Göyçay Rayon Baytarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edib, yaratdığı korrupsiya şəbəkəsinin nəticəsidir. O, Göyçay rayonunda baytarlıq xidmətini tam inhisarına alıb özbaşınalıqla, saxtakarlıqla məşğuldur ki, bu cinayət əməlidir.Korrupsioner Ağadadaş Hacıyevə məxsus Göyçay rayonunun mərkəzində, Qarabaqqal və Çayarxı kəndlərində möhtəşəm villaları, Konyak zavodun yaxınlığında böyük ticarət obyektini , İsmayıllı rayonunda 1000 başdan çox qoyun sürüsü olan fermasını, 100 hektarlarla torpaq sahələrini  hamısı çirkli pullarla əldə etmişdir. Bütün bu var-dövlətdən gözü doymayan Ağadadaş Hacıyev qanunsuz və qərəzli olaraq baytarlıq aptekimizi bağlatdırıb, 3 ailəni çörəksiz qoymuşdur. Şikayətimdə göstərdiyim faktlar yerində  hərtərəfli yoxlanılmalı və ailə podratı ilə baytarlıq xidmətinin fəaliyyətini iflic etmiş , qanunsuz yollarla var-dövlət əldə etmiş Ağadadaş Hacıyevin barəsində qanunu, ciddi və təsirli tədbirlər görülməlidir.Mən bu cinayət əməlləri barədə artıq Prezidentə, Kənd Təsərrüfatı Nazirinə, Səhiyyə Nazirinə, Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinə,  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinə, Respublika Gigiyena və Epedimologiya Mərkəzinə  şikayət ərizələri ilə müraciət etmişəm. Xahiş etmişəm ki,  obyektiv araşdırıb bu korrupsioner məmur barəsində qanunu tədbirlər görsünlər. Əlimdə kifayət qədər subutlarım var, yoxlama zamanı  təqdim edəcəyəm. Bu saxtakar Ağadadaş Hacıyevin qanunsuz fəaliyyəti insanları və mal-qaranın sağlamlığına ciddi təhlükədir". 

Məsələ ilə bağlı dəfələrlə xidmət rəisi ilə danışmaq istəsək də, cəhdimiz alınmadı. Onu da dinləməyə hazırıq.

Mia.az                                                                                                                                                                                                                                                                                                                                                

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA