21-07-2015 [13:36]
Prezident İlham Əliyev Azərbaycan mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurası İdarə Heyəti üzvlərini qəbul edib.
Görüşdə çıxış edən dövlət başçısı Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Prezident Azərbaycanda 1998-ci ildə senzuranın ləğv olunmasının müstəqil medianının yaranması və inkişafı üçün təkan olduğunu deyib. O, bundan sonrakı mərhələdə isə özünütənzimləmə strukturu kimi Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.
Prezident İlham Əliyev, eyni zamanda, mediada olan qeyri-peşəkarlıq meyllərinə də toxunaraq deyib ki, Azərbaycan mediası illər keçdikcə özünü daha da peşəkarlaşdırır, əvvəlki illərdə mövcud olan qeyri-etik yazılar, təhqiramiz materiallar yavaş-yavaş azalır, media daha çox milli mövqedən çıxış edir.
Dövlət başçısı MŞ-nin jurnalistlərin hüquqlarını qoruduğunu, iqtidarla mətbuat arasında körpü rolunu oynadığını xüsusi vurğulayıb.
Prezident İlham Əliyev mediada yer alan tənqidlər barədə danışaraq bildirib ki, o, medianın müxtəlif sahələri tənqid etməsini təqdir edir, bəzən özü də müxtəlif tənqidi məqamlar, çatışmazlıqlarla bağlı məsələləri mediadan öyrənir, bununla bağlı müxtəlif göstərişlər verir: "Media problemlərin aşkara çıxarılması üçün mənim ən yaxın dəstəkçilərimdən biridir”.
Prezident medianın beynəlxalq əlaqələrinə də toxunub. Qeyd edib ki, medianın maddi-texniki bazasının gücləndirilməsi, peşəkarlığı ilə yanaşı, beynəlxalq əlaqələrinin genişləndirilməsi də vacibdir.
Dövlət başçısı xüsusi olaraq internet medianın fəaliyyətinə toxunub. O, Azərbaycanda internetin azad olduğunu deyib, internet medianın daha çox dildə fəaliyyət göstərməsi, daha çox ölkədə müxbir məntəqələrinin olmasını təqdirəlayiq hal sayıb.
Prezident bildirib ki, medianın beynəlxalq əlaqələrinin gücləndirilməsi, transmilli, digər ölkələrin media orqanları ilə əlaqələrinin qurulması, həmçinin erməni diasporunun Azərbaycana qarşı apardığı mübarizənin qarşısının alınması üçün Azərbaycan mətbuatı öz fəaliyyətini daha da gücləndirməlidir. Bunun media ilə bağlı prioritet sayılan məqamlardan biri olduğu qeyd edilib.
Dövlət başçısı media orqanlarının dünya mediası ilə əməkdaşlıq formatlarının tapılması, bu cür əməkdaşlıqların qurulmasının arzuedilən olduğunu vurğulayıb.
Daha sonra tədbirdə MŞ sədri Əflatun Amaşov, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu müxtəlif təkliflərlə çıxış ediblər.
Ə. Amaşov Azərbaycan milli maraqlarının qorunmasında xidmətlərinə görə MŞ-nin xüsusi diplomunu prezident İlham Əliyevə təqdim edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi