Prezident Əflatun Amaşova orden təqdim etdi - FOTOLAR

img

21-07-2015 [11:46]


Azərbaycan Mətbuat Şurasının üzvlərinin prezident İlham Əliyevlə görüşü olub.

Mia.az xəbər verir ki, görüş Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibəti ilə keçirilir. Görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşova prezident tərəfindən orden təqdim olunub. Ə.Amaşov da öz növbəsində prezidenti təltif edib. Bundan başqa, İlham Əliyev Mətbuat Şurasının idarə heyətinin daha üç üzvünü - Vüqar Səfərlini, Azər Həsrəti və Rauf Arifoğlunu şəxsən təltif edib.

Mükafatlandırma mərasimindən sonra prezidentlə jurnalistlər arasındakı görüş başa çatıb. Bu barədə Rauf Arifoğlu öz "Facebook" profilində məlumat verib. 

Görüşdən hazırlanmış geniş reportaj və çəkilmiş şəkillər axşam saatlarında yayılacaq.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA