Əli Kərimin oğlu Orxan Kərimov vəfat etdi

img

21-07-2015 [00:40]


Şair Əli Kərimin oğlu Orxan Kərimov dünyasını dəyişib.

"Qafqazinfo” xəbər verir ki, bu haqda iqtisadçı Azər Mehdiyev məlumat yayıb.

Ekspert Orxan Kərimovun ölümündən sarsıldığını bildirib: "İndicə şair Əli Kərimin oğlu, dostumuz Orxan Kərimlinin ölüm xəbərini aldım. Amansız xəstəlik bu gözəl insanı çox gənc yaşında sıralarımızdan apardı. Son dərəcə üzüldüm. Sözlə ifadə olunası deyil. Allah rəhmət eləsin! Əzizlərinin başı sağ olsun”.

Mia.az-ın kollektivi Orxan Kərimovun vəfatından kədərləndiklərini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA