İcra başçısının müavininin evi yağmalandı - Azərbaycanda ilginc oğurluq

img

20-07-2015 [14:23]


Zaqatala şəhərində vəzifəli şəxslərin evi qarət edilib.
 
Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, Zaqatala şəhərində, Həzi Aslanov küçəsi ev 49 ünvanında yaşayan Həmzə İmran oğlu Süleymanov iyulun 12-dən 13-nə keçən gecə yaşadığı evin qarət edilməsi və mənzilindən xeyli miqdarda qızıl-zinət əşyalarının oğurlanması barədə polisə yazılı müraciət edib.
 
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həmzə Süleymanova məxsus evdən oğurluq edən şəxslərin Zaqatala şəhər sakinləri - 1990-cı il təvəllüdlü Nəzir Məhəmməd oğlu Qarayev və 1989-cu il təvəllüdlü Nurlan Rəfayıl oğlu Musayev olduğu müəyyən edilib. Keçirilmiş tədbirlər nəticəsində Nəzir Qarayev və Nurlan Musayev tutularaq istintaqa təhvil verilib.
 
Aparılmış ilkin istintaq zamanı məlum olub ki, təqsirlənən şəxslər H. Süleymanovun mənzilindən 6000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyaları, 41 manat və 30 ABŞ dolları nəğd pul oğurlayıblar.
 
Faktla bağlı Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.
 
Qeyd edək ki, evi qarət olunan H. Süleymanov Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır. H. Süleymanovun həyat yoldaşı Vəfa Süleymanova isə Zaqatala rayon İcra Hakimiyyəti başçısının Təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavinidir. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA