Şirvanda işçilər ayağa qalxdı - 300 nəfərlik mitinq, gizli çəkilən fotolar...

img

19-07-2015 [00:28]


Bir neçə gün əvvəl Sirvanda yerləşən Karasu əməliyyat sirkətinin Misovdag neft Mədən sahəsinde Mühəndis Texniki Mərkəzin qarşısında 300 nəfərlik mitinq olub.
 
Avrasiya.net-ə verilən məlumata görə, bütün sexlərin fəhlə və texniki mühəndis heyətinin mitinq kecirməkdə məqsədi son günlərdə şirkət rəhbərliyi haqqında internetdə gedən korrupsiya hallarına SOKAR-ın və dövlət aparatının reaksiya verməməsi, bayram günündə işçilərə bayram puli vəd olunsa da verilməməsi, sığorta olunan işçilərə güzəştlərin edilməməsi və xəstələrin öz cibindən pul ödəmələri  olub. Etirazçılar 3 saat işi saxlayıblar. Şərt qoyulub ki, əgər tələblər yerinə yetiliməsə Şirvanda aramsız mitinqlər keçiriləcək.

İşçilərin haqlı tələbinə qarşı çıxan Cavid adlı əməliyyat menenceri etirazdan fotolar çəkərək şirkətin rus rəhbərliyinə ötürüb ki, bu da əhalinin qəzəbini daha da artırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA