18-07-2015 [13:13]
Milli Təhlükəsizlik Nazirliyi "Dövlət sirrinin mühafizəsi üzrə bölmələrin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən Tələblər”i təsdiq edib.
Mia.az APA-ya istinadən xəbər verir ki, bu tələblərin müddəaları Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, dövlət sirri təşkil edən məlumatla bağlı işlər yerinə yetirən müəssisə, idarə və təşkilatlar, Azərbaycan Silahlı Qüvvələrinin birlikləri, hərbi birləşmələri, müəssisələri, qanunvericiliyə uyğun olaraq yaradılmış digər hərbi qurumları tərəfindən əsas götürülməlidir.
Tələblərin hazırlanmasında məqsəd dövlət sirrinin mühafizəsi üzrə bölmələrin (DSMB) dövlət sirri təşkil edən məlumatların sənədləşdirilməsi və müvafiq sənədlərlə işin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi üçün daha münasib şəraitin yaradılması, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının nəzarət¬dən çıxması, itirilməsi, aidiyyəti olmayan şəxslərin onlarla tanış olması, surətinin çıxarılması, şəklinin çəkilməsini, yanğın, təbii fəlakət və texnogen qəzalar zamanı məhv olması risklərinin aradan qaldırılması, dövlət sirrinin və onun daşıyıcılarının daha etibarlı mühafizəsinin təmin edilməsidir.
Hər bir təşkilatda DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələblər dövlət sirri sahəsində mövcud qanunvericiliyin müddəalarını rəhbər tutaraq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təşkilatın fəaliyyət istiqamətləri, təşkilatın yerinə yetirdiyi işlər, təşkilatın yerləşdiyi ərazi, təşkilatın inzibati binasının quruluşu, təşkilatda mövcud olan işçilərin say tərkibi və təşkilatda mövcud olan dövlət sirri təşkil edən məlumatların həcmi nəzərə alınaraq hazırlanır və həmin təşkilata təqdim olunur.
DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələblər təş¬ki¬latın tabeliyində olduğu strukturun rəsmi müraciəti əsasında və ya idarələrarası nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlama zamanı şəraitə uyğun gəlməyən hallar aşkar olunduqda təhlükəsizlik orqanı tərəfindən bir ay müddətində müəyyən edilir.
DSMB yeni yaradıldıqda, təşkilatın dislokasiya yeri dəyişdirildikdə, DSMB əsaslı təmir olunduqda və ya bölmə yeni otağa köçdükdə təhlükəsizlik orqanı tərəfindən DSMB-nin fəaliyyəti üçün uyğun şəraitin mövcudluğu barədə rəy verilir. DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğu tələblərə cavab verdikdə, təş¬kilat rəhbərliyi məktubla təhlükəsizlik orqanına rəy alınması üçün müraciət edir. Təhlükəsizlik orqanı bir ay ərzində DSMB-nin fəaliyyəti üçün uyğun şəraitin mövcudluğuna dair rəy verir.
Rəy iki nüsxədə tərtib olunmaqla təhlükəsizlik orqanının müvafiq struktur bölməsinin rəisi tərəfindən təsdiq edilir. Rəyin birinci nüsxəsi təşkilata göndərilir, ikinci nüsxəsi təhlükəsizlik orqanında saxlanılır. Rəydə təşkilatın adı, ünvanı, DSMB-nin adı, DSMB-nin otağının yerləşdiyi mərtəbə, otaqların sayı, yaradılmış şəraitə baxılma tarixi, DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirilən tələblər əks olunur, həmçinin rəy tərtib etmiş şəxslər tərəfindən imzalanır.
DSMB-nin fəaliyyəti üçün şəraitin mövcudluğu tələblərə cavab vermədiyi təqdirdə 15 gün müddətində mövcud nöqsanların aradan qaldırılması üçün vaxt verilir. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmasa yaradılmış şəraitə baxılması üçün təşkilat rəhbərliyi təhlükəsizlik orqanına məktubla müraciət etməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi