Nazirin nişanlı oğlunun qəzada vurduğu adam öldü - Azərbaycanda!

img

17-07-2015 [21:26]


İyulun 15-də axşam saatlarında Naxçıvanın maliyyə naziri Xalid İsgəndərovun oğlu Sadiq İsgəndərov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə qəza törədib.

Mia.az Olke.az-a istinadən xəbər verir ki, nazir Xalid İskəndərovun oğlu Sadiq İskəndərovun sürdüyü avtomobili motosikleti vurub:

"Məlumatda qəza nəticəsində motosikl sürücüsünün ağır xəsarətlər aldığı, nazir oğlunun isə yüngül yaralandığı bildirilir. Yaralılar təcili olaraq Naxçıvan şəhər xəstəxanasına çatdırılıblar...".

Mia.az-a az əvvəl daxil olan məlumata görə, nazirin oğlunun vurduğu adam bu gün xəstəxanada dünyasını dəyişib. Hadisənin təfərrüatı ilə bağlı digər məlumatları da dəqiqləşdirmək üzrəyik. Bizi izləyin!

Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin üç oğlu var və qəzaya düşən Sadiq Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynovun qızı ilə bu yaxınlarda nişanlanıb.

MİA.AZ



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA