16-07-2015 [14:46]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) cari ilin birinci yarımilində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasının, bu sahədə müasir tələblərə uyğun və şəffaf xidmət sisteminin qurulmasının əsas vəzifələrdən olduğunu bildirib.
Cari ilin ilk yarımilində bu istiqamətlərdə məqsədyönlü işlərin görüldüyünü qeyd edən nazir müavini Prezident İlham Əliyevin 16 mart 2015-ci il tarixli Fərmanı ilə ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (DTSERX) yaradılmasının hesabat dövrünün ən mühüm tədbiri olduğunu və bunun müvafiq sahədə idarəetmə sisteminin daha səmərəli təşkilinə, müsbət keyfiyyət dəyişikliyinə imkan yaratdığını vurğulayıb.
DTSERX-nin rəisi İlqar Qurbanov iclasda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ekspertizası və reabilitasiyası işinin səmərəli təşkili, bu sahəyə nəzarətin artırılması yönündə Xidmətin həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, həmçinin Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də söz açıb, ötən ilin ortalarından etibarən artıq 26 TSEK-in əhaliyə müasir tələblərə uyğun xidmət göstərilməsi üçün yeni iş şəraiti ilə təmin edildiyini bildirib.
Hesabat məruzəsi ilə çıxış edən ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev cari ilin ilk yarımilində ilkin əlillik təyin edilmiş şəxslərin sayının ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayının isə 3 min nəfər azaldığını bildirib: "Bu dövrdə tam reabilitasiya 3,2%, hissəvi reabilitasiya isə 2,6% təşkil edib.İlkin əlillərə müddətsiz əlillik təyin edilməsi halları son 6 ayda 11,8% azalıb. Hesabat dövründə müsbət göstəricilərdən biri kimi, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş şəxslərin sayı da 2639 nəfər azalıb. Son 6 ayda əlilliyi olan şəxslər ümumilikdə 16,4 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, 908 ədəd əlil arabası, 216 ədəd eşitmə aparatı ilə təmin edilib. ƏƏSMN-nin Əlillərin Bərpa Mərkəzlərində 3000 nəfər əlilliyi olan şəxsə bərpa müalicə xidməti göstərilib. Hazırda bu mərkəzlərin bir çoxunda əsaslı təmir işləri aparılır və təmir işlərindən sonra onlarda sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün müvafiq şərait yaradılacaq”.
S.Abdullayev diqqətə çatdırıb ki, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tam şəkildə fəaliyyət göstərməsi üçün bütün işlər artıq başa çatdırılıb: "Cari il iyulun 1-dən müvafiq məlumatların TSEK-lər tərəfindən aidiyyəti dövlət qurumlarına elektron qaydada ötürülməsi təmin edilir ki, bu da müvafiq sahədə kağız daşıyıcılarından imtinaya, məlumatların ötürülməsində operativliyin təmin edilməsinə və məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə imkan yaradır”. Əlilliyin müəyyən olunması sisteminin təkmilləşdirilməsi işlərindən bəhs edən şöbə müdiri hesabat dövründə 18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsi meyarlarının müasir tələblərə cavab verən yeni layihəsinin işlənib hazırlandığını qeyd edib: "Hazırda layihə əlaqədar qürumlarla razılaşdırılma mərhələsindədir. Layihədə əksini tapan yeni meyarlar 18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsinə tibb elminin mövcud səviyyəsinə uyğun olaraq baxılmasına, eləcə də uşaqların sağlamlıq imkanları məhdudluğunun daha uzun müddətə müəyyən edilməsinə imkan verəcək. Bu meyarlar sağlamlıq imkanları məhdudluğun müəyyən edilməsi prosesində məmur-vətəndaş əlaqələrinin minimuma endirməyə də şərait yaradacaq”.
İclasda cari ilin birinci yarısında tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahəsində görülən işlər, bu sahədə fəaliyyətin müasir tələblərə uyğun qurulması, şəffaflığın təmin olunması məqsədilə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Görülən işlərin müsbət nəticələri ilə yanaşı, nöqsanlara da toxunulub, fəaliyyətində nöqsan və çatışmazlıqlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi