Qiymətlərlə bağlı AZAL-dan Rəsmi açıqlama

img

16-07-2015 [14:06]


Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb. 


Bu barədə  qurumun mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA