15-07-2015 [21:55]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.
İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqindən irəli gələn vəzifələrdən söz açaraq, respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ümumilikdə qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında baş verən bu inkişafın informasiya texnologiyaları sahəsində bir çox nailiyyətlərin əldə olunmasına şərait yaratdığını deyən nazir cari ilin 6 ayında sahə üzrə bir sıra uğurlara imza atıldığını qeyd edib. Xüsusən "Bakı-2015” ilk Avropa Oyunlarının müvəffəqiyyətlə başa çatmasından söz açan Ə.Abbasov bildirib ki, beynəlxalq idman tədbiri qlobal məkanda Azərbaycanın imicinə müsbət təsir etməklə yanaşı, bir çox sahələr, o cümlədən rabitə sahəsi üçün də texnoloji test meydançasını yaratdı və sahə bu sınaqdan da uğurla çıxdı.
Daha sonra kollegiya iclasında 6 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə Aparatın rəhbəri Vidadi Zeynalovun məruzəsi dinlənilib.
Bildirilib ki, hesabat dövründə sektorun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verib və bunun nəticəsində sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.0 faiz artıb. Sektorda əldə olunan gəlirlərin təxminən 80 faizi isə özəl sektorun payına düşüb. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir.
Eyni zamanda Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 22.7 faiz (dünya orta göstəricisi 15.2 ədəd), mobil abunəçilərin sayına görə isə 17 faiz (mobildə dünya orta göstəricisi 96.1 ədəd) üstələyir.
Bundan başqa, hesabat dövründə kosmik layihələrin icrası, Azərbaycanda yüksək reytinqli Data Mərkəzin yaradılması, "Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətinin təşkili və digər yeni istiqamətlər üzrə işlər də davam etdirilib.

Sonra məruzə ətrafında RYTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.
Kollegiyaya yekun vuran nazir Əli Abbasov sektor üzrə qazanılmış inkişaf tendensiyası, o cümlədən inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.
Nazir, həmçinin, bütün sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xüsusən beynəlxalq rabitə trafiki ilə bağlı məsələlərin tənzimlənməsi, mobil rabitə və internetin inkişafı istiqamətində görülən işlərin genişləndirilməsi, özəl sahibkarlığın inkişafına dəstək verilməsi, rabitə sahəsində çalışan əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılmasının diqqətdə saxlanılması və digər məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi