15-07-2015 [20:40]
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan Mia.az-a verilən məlumata görə, ilk olaraq Akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icra vəziyyəti haqqında danışıb. Bildirib ki, ölkə başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-da geniş miqyaslı tədbirlər həyata keçirilməkdədir.
Bundan sonra Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə Rəyasət Heyətinin nəzdində Komissiya yaradılıb:
"Komissiyanın sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, sədr müavinləri Dövlət müşaviri, akademik Kamal Abdullayev və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təsdiq olunub. Həmçinin, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzv Möhsün Nağısoylu, filologiya üzrə elmlər doktoru Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli Komissiyanın üzvü seçiliblər. Qərara əsasən Dövlət Proqramının icrası istiqamətində fəaliyyət qənaətbəxş hesab edilib".
Sonra AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi haqqında danışıb. Qeyd edib ki, son illər Azərbaycanda informasiya cəmiyyətinin uğurla formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Vurğulayıb ki, ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”, həmçinin "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və "Milli Strategiyanın icrası üzrə Dövlət Proqramını” elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Bu məsələlərin həlli istiqamətində veb-resursların xüsusi əhəmiyyətə malik olduğunu deyən akademik aparılan ilkin araşdırmalar nəticəsində AMEA-nın elmi müəssisələrinə məxsus veb-saytların bəzilərinin dizayn, proqram təminatı, informasiyanın dolğunluğu və aktuallığı baxımından müasir tələblərə cavab vermədiyini qeyd edib.
Rəyasət Heyətinin qərarına əsasən, İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində AMEA-nın veb-infrastrukturunun və onun əhatə etdiyi veb-saytların monitorinqini həyata keçirəcək. Həmçinin, AMEA-nın veb-saytlarına elmi-metodiki rəhbərliyin həyata keçirilməsi və bu istiqamətdə müvafiq seminarların təşkili təmin edilməlidir. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə veb-saytların informasiya təminatının aktual vəziyyətdə saxlanılması, proqram təminatı və dizaynının müasir tələblərə uyğunlaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməsi tapşırılıb.
Növbəti qərarlarla akademik Kamal Abdullayev Humanitar Elmlər Bölməsinin Büro üzvlüyünə daxil edilib. Həmçinin, Fiziologiya İnstitutunun yeni strukturu və Zoologiya İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq edilməsi, Zoologiya İnstitutunun 80 illik və AMEA-nın müxbir üzvü Namiq Əliyevin 75 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunub.
Sonda kadr məsələləri müzakirə olunub. Turan Rəhimova AMEA Rəyasət Heyətinin qərarı ilə aparatın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin mətbuat orqanları şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi